Azərbaycan banklarında kapitalın idarə olunmasına dair tələblər sərtləşdirilib

Azərbaycan banklarında kapitalın idarə olunmasına dair tələblər sərtləşdirilibAzərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti 24 aprel 2020-ci il taixli qərarı ilə təsdiq edilmiş "Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları"nda dəyişikliklər edib.
Bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb.
Qərara əsasən, tənzimləyici qurum risklərin qiymətləndirilməsində və kapitalın adekvatlığının təmin olunmasında yanaşmanı yeniləyib. Əvvəlki redaksiyada istifadə olunan "məcmu kapital" anlayışı əsas bəndlər üzrə "bank kapitalı" anlayışı ilə əvəzlənib. Bununla yanaşı, kapitalın kifayətliliyinin qiymətləndirilməsi artıq ümumi anlayışlar əsasında deyil, kapital adekvatlığı əmsalları üzrə aparılacaq.
Belə ki, Müşahidə Şurası və İdarə Heyəti bank kapitalının bankın üzləşdiyi risklərin səviyyəsinə uyğun həcmdə, Mərkəzi Bankın müəyyən etdiyi minimum tələblərdən az olmayaraq saxlanılmasını və kapital adekvatlığı əmsallarına riayət olunmasını təmin etməlidir.
Dəyişikliklər çərçivəsində bankların kredit, bazar, əməliyyat və digər risklərinin kapitala təsiri artıq məcmu kapitalın adekvatlığı yox, kapital adekvatlığı əmsallarına potensial təsiri prizmasından qiymətləndiriləcək. Stress-testlər və digər risk qiymətləndirmə metodları da məhz bu əmsallar üzrə aparılacaq.
Eyni zamanda, bankların kapital planlaşdırması, gələcək kapital tələbatının müəyyən edilməsi, risklərə uyğun kapital strukturu və kapital mənbələrinin qiymətləndirilməsi proseslərində kapitalın keyfiyyəti və normativ göstəricilərə təsiri əsas meyar kimi götürüləcək.
Banklar tərəfindən kapitalın adekvatlıq əmsalları aşağıdakı hədlərdən az olmayan səviyyədə saxlanılmalıdır:
– Əsas I dərəcəli kapitalın adekvatlıq əmsalı – Əsas I dərəcəli kapitalın risk dərəcəsi üzrə ölçülmüş aktivlərə nisbəti 4,5 % olmaqla;
– I dərəcəli kapitalın adekvatlıq əmsalı – I dərəcəli kapitalın risk dərəcəsi üzrə ölçülmüş aktivlərə nisbəti 6 % olmaqla;
– məcmu kapitalın adekvatlıq əmsalı – məcmu kapitalın risk dərəcəsi üzrə ölçülmüş aktivlərə nisbəti 8 % olmaqla.
– Kapitalın adekvatlıq əmsallarının hesablanması zamanı istifadə edilən risk dərəcəsi üzrə ölçülmüş aktivlər kredit riski, əməliyyat riski və bazar riski üzrə ölçülmüş aktivlərin cəminə bərabərdir.
Bundan başqa, banklar müəyyən edilmiş kapitalın minimum adekvatlıq əmsalları üzrə tələbdən əlavə 2,5 % həddində konservasiya kapital buferi saxlamalıdır. Konservasiya kapital buferinin tətbiqindən sonra kapitalın adekvatlıq əmsallarının yeni hədləri aşağıdakı kimi müəyyən edilib:
– Əsas I dərəcəli kapitalın adekvatlıq əmsalı – 7 %;
– I dərəcəli kapitalın adekvatlıq əmsalı – 8,5 %;
– məcmu kapitalın adekvatlıq əmsalı – 10,5 %.
Həmçinin bank tərəfindən konservasiya kapital buferi bu Qaydaların 8-2.1-ci bəndində müəyyən edilmiş həddən aşağı düşdükdə mükafat və dividend ödənişi, o cümlədən aralıq dividend ödənişi aşağıdakı cədvəldə müəyyən edilmiş qaydada məhdudlaşdırılır. / banker.az

Banklar     Tarix: 31 dekabr 2025

Oxşar xəbərlər

ABB-nin dəstəyi ilə ölkəmizdə ilk ixtisaslaşmış beynəlxalq daşınmaz əmlak və investisiya sərgisi keçirildi

Bakı Ekspo Mərkəzində Azərbaycanın ilk ixtisaslaşmış beynəlxalq daşınmaz əmlak və investisiya sərgisi olan "AIREX 2026" keçirilib. Müxtəlif ölkələrdən 70-dən çox yerli və beynəlxalq şirkətin iştirak etdiyi sərgiy

"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə  üstələyib

"Ziraat Bank Azərbaycan" ASC-nin kapital bazarına təqdim etdiyi 15 milyon manatlıq istiqraz emissiyası investorların yüksək marağı ilə qarşılanıb. İllik 10 faiz gəlirlilik təklif edən istiqrazlara ümumilikdə 45,

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

Azərbaycanda əcnəbilərin bank əmanətləri 1,6 milyard manata yaxınlaşıb

2026-cı ilin sentyabr ayının sonuna Azərbaycanda qeyri-rezident fiziki şəxslərin bank əmanətlərinin həcmi 1 milyard 592,9 milyon manata çatıb. Bu, ötən ilin eyni dövründəki 1 milyard 357,2 milyon manatla müqayisədə 235,

Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır

"İpək Yolu Sığorta" ASC nizamnamə kapitalını 15 milyon 242 min 500 manat və yaxud 2 dəfə artıraraq 14 milyon 770 min manatdan 30 milyon 012 min 500 manata çatdırmağı planlaşdırır. Kapital artımı qurumun dövriyyəd

Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun əzmi nəticəsində torpaqlarımızın işğaldan azad edilmiəsi xalqımızın birliyinin və ölkəmizin Prezidentinin qətiyyətli siyasətinin təntənəsidir

PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®

PAŞA Bank kiçik və orta sahibkarların maliyyələşməyə çıxışını asanlaşdırmaq məqsədilə yeni POS Kredit məhsulunu təqdim edib. Məhsul bankın POS və mobil POS (mPOS) terminallarından istifadə edən hüquqi şəxslərə və fərdi sahibkarlar

"Yelo Bank"ın İdarə Heyətinin yenidən təyinatına baxılacaq

"Yelo Bank" ASC-nin səhmdarları dekabrın 3-də keçiriləcək növbədənkənar ümumi yığıncaqda İdarə Heyətinin sədrinin və üzvlərinin vəzifələrinə yenidən təyin olunması məsələsinə baxacaqlar. bankın bildirişinə istinadə

Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu

Reys başlamazdan əvvəl yoxlama ödənişi üçün növbə gözləmək artıq keçmişdə qalır. Yelo Bank İnternet Bankçılıq vasitəsilə sərnişin və yükdaşıma avtomobillərinin reysqabağı yoxlama ödənişini onlayn edir və yeni imkanla ƏDV-l


iqtisadi xeberler biznes qurmaq avtomobil xeberleri dollar mezenne biznes xeberleri