Azərbaycan banklarında Korporativ İdarəetmə Komitəsi yaradılacaq
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti "Banklarda korporativ idarəetmə Standartları"nı yenilənmiş varianta təsdiq edib.
Bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb.
Qərara görə, banklarda Korporativ İdarəetmə Komitəsi yaradılacaq. Bu komitələrin yaradılması tələbi Qərarın qüvvəyə mindiyi tarixdən 12 ay sonra tətbiq ediləcək.
Bundan başqa, ləğv edilmiş Maliyyə Bazarlarına Nəzarət Palatasının "Banklarda risklərin idarə olunması haqqında Qaydalar"ın təsdiq edilməsi haqqında" 2019-cu il 30 yanvar tarixli və "Banklarda korporativ idarəetmə Standartları"nın təsdiq edilməsi haqqında" 2019-cu il 27 iyun tarixli qərarları ləğv edilib.
AMB-nin Hüquq departamentinə tapşırılıb ki, yeni qərarı Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Ədliyyə Nazirliyinə təqdim etsin. / banker.az

Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
CV hazırlayarkən buraxılan 5 səhv
McDonalds haqqında maraqlı faktlar
Biznes planı necə yazmaq lazımdır?
SWIFT nədir?
Necə Bitcoin almaq olar?