Azərbaycan banklarının yeni strateji planını hazırlamaq üçün 6 ay vaxtı var

Azərbaycan banklarının yeni strateji planını hazırlamaq üçün 6 ay vaxtı varGələn il martın sonuna qədər Azərbaycan bankları Mərkəzi Bankın (AMB) təsdiqlədiyi "Banklarda Korporativ İdarəetmə Standartları"na uyğun olaraq yeni strateji planını hazırlamalı və onu tənzimləyici quruma təqdim etməlidirər.
AMB-dən  verilən məlumata görə, bundan başqa banklar hər üç aydan bir Standartların tətbiq səviyyəsini qiymətləndirərək, nəticələrini quruma kommunikasiya etməlidirlər.
"Bank nəzarəti üzrə Bazel Komitəsinin tələbələrində qeyd edildiyi kimi, effektiv korporativ idarəetmə tələblərinin tətbiqi bankların risk əsaslı fəaliyyətini təmin etməklə, bütövlükdə maliyyə sabitliyi üçün zəruridir.
Bu çərçivədə, "Banklarda Korporativ İdarəetmə Standartları" AMB-nin İdarə Heyətinin 28 avqust 2023-cü il tarixli qərarı ilə qəbul edilib və senyabrın 8-dən qüvvəyə minib. Standartların qəbulunda əsas məqsəd bankların idarəetmə orqanlarının səlahiyyət və vəzifələrini dəqiq müəyyən etməklə, onların işinin etibarlılıq, şəffaflıq, hesabatllılıq, məsuliyyətlilik prinsiplərinə uyğun təşkilinə nail olunmasıdır", - AMB-dən bildirilib.
Yeni standartların qəbulunadək banklarda korporativ idarəetmə standartlarına dair normativ tələblər "Banklarda korporativ idarəetmə Standartları", "Banklarda risklərin idarə olunması haqqında Qaydalar" və "Banklarda daxili nəzarət və daxili auditin təşkili barədə Qaydalar" ilə tənzimlənirdi. Sözügedən hüquqi aktlardan ilk ikisi 2013-cü ildə qəbul edilib, 2019-cu ildə isə ləğv edilmiş Maliyyə Bazarlarına Nəzarət Palatası həmin qaydalara müəyyən dəyişikliklər edib. Daxili nəzarət və auditə dair qaydalar isə 1999-cu ildə qəbul edilib və onlara həmin dövrdən sonra yalnız texniki dəyişikliklər edilib. / marja.az

Banklar     Tarix: 02 oktyabr 2023

Oxşar xəbərlər

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri

Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub

Serbiya Mərkəzi Bankı ölkədə bankçılıq sahəsində fəaliyyət göstərən "Alta Banka"nın lisenziyasını ləğv edib. Qərar bankın maliyyə vəziyyətinin kəskin pisləşməsi və əmanətçilərin vəsaitləri üçün risklərin artmas

Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər üzərində işləyir. Bunu AMB-nin Bank Olmayan Kredit Təşkilatların

Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var

Azərbaycanda bank sektorunun izafi likvidliyi yüksək səviyyədə qalmaqda davam edir. Bankların mövcud tənzimləyici tələblər nəzərə alındıqdan sonra kreditləşməyə yönəldə biləcəyi sərbəst vəsaitlərinin həcmi 4,6 milyard mana

Bankların xalis mənfəəti 18,8 faiz artıb, lakin depozit və risk xərcləri də yüksəlib

Azərbaycanın bank sektoru 2026-cı ilin yanvar–sentyabr aylarını mənfəətlə başa vurub. Bankların xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 171 milyon 100 min manat və ya 18,8 faiz artaraq 1 milyard 81 milyon 800 mi

PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®

PAŞA Bank kiçik və orta sahibkarların maliyyələşməyə çıxışını asanlaşdırmaq məqsədilə yeni POS Kredit məhsulunu təqdim edib. Məhsul bankın POS və mobil POS (mPOS) terminallarından istifadə edən hüquqi şəxslərə və fərdi sahibkarlar

Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bank sektorunda izafi likvidliyin artmasının biznes kreditləşməsinə tətbiq edilən sərt prudensial tələblərlə əlaqələndirilməsi barədə fikirlərlə razılaşmır. xəbər veri

"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib

Rabitəbankın Müşahidə Şurasında yeni təyinat olub. Bankın audit və korporativ idarəetmə sistemində iyirmi ildən artıq təcrübəyə malik Rəşad Abasov Müşahidə Şurası sədrinin müavini vəzifəsinə təyin edilib. O, eyni zamanda


iqtisadi xeberler dollar mezenne 1000 manatla biznes kripto birbank