Azərbaycan BOKT-ləri kredit kartı buraxa biləcək
Azərbaycanda bankolmayan kredit təşkilatlarına (BOKT) kredit kartlarının emissiyası hüququnun verilməsi təklif olunur.
Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında – maliyyə sektoru ilə bağlı qanun layihərinin müzakirəsində parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib.
Onun sözlərinə görə, qanun layihələri ölkə prezidentinin 28 noyabr 2019-cu il tarixli "Maliyyə xidmətləri bazarında tənzimləmə və nəzarət sisteminin idarəedilməsinin təkmilləşdirilməsi haqqında" Sərəncamına uyğun olaraq hazırlanıb: "Sənədlərə əsasən, maliyyə bazarlarına nəzarət orqanının müəyyən edilmiş səlahiyyətləri, o cümlədən onun maliyyə xidmətləri bazarında lisenziyalaşdırma, tənzimləmə və nəzarət, investorların və maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunması sahəsində vəzifə və hüquqları Azərbaycan Mərkəzi Bankına verilir. Qanun layihələrinin hazırlanmasında beynəlxalq təcrübədən, Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun tövsiyyələrindən istifadə edilib.
BOKT-lar üçün yeniliklərdən biri də maliyyə dayanıqlılığının artırılması üçün prudensial tələblərin müəyyənləşməsidir. Belə ki, kredit riskinin maksimum məbləği, kapitalın minimum miqdarı, öhdəliklərin kapitala nisbəti və s. müəyyən ediləcək", – deyə o qeyd edib. / banker.az

Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Cash Back nədir?
Onlayn biznes növləri
ZARA-nın uğur hekayəsi
SMM nədir?
Dünyanın ən dəyərli avtomobil şirkətləri