Azərbaycan bu ölkə ilə kibertəhlükəsizlik sahəsində əməkdaşlıq edəcək
Özbəkistan Respublikasının Daşkənd şəhərində "Cyber Security Summit 2025" tədbiri keçirilib.
Biznes.az xəbər verir ki, Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin (ETX) nümayəndələri də iştirak ediblər.
Tədbirin ilk panelində çıxış edən ETX-nin rəis müavini Elvin Şahverdiyev qlobal kibertəhlükəsizlik sistemində milli CERT-lərin rolu, regional əməkdaşlığın gücləndirilməsi və kibertəhdidlərə qarşı birgə mübarizənin vacibliyi barədə danışıb. O, beynəlxalq tərəfdaşlarla əlaqələrin inkişaf etdirilməsinin milli kibermühitin dayanıqlığının təmin olunmasında mühüm rol oynadığını vurğulayıb.
Tədbir çərçivəsində ETX ilə Özbəkistan Respublikasının Dövlət Unitar Müəssisəsi "Kibertəhlükəsizlik Mərkəzi" arasında Anlaşma Memorandumu imzalanıb.
Bunun sayəsində, kibertəhlükəsizlik sayəsində təcrübə mübadiləsinin genişləndirilməsi, qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi, birgə layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

EİB, IFC və OeEB "Bank Respublika"nın imtiyazlı səhmlərini əldə etdiklərini təsdiqləyiblər
Fuad Əbdürrəhmanov "Xalq Əmanəti" layihəsinin 27-ci nəşrində
ABB səhmləri rekord vurdu – 37 qəpiyə yüksəldi
PAŞA Bankın təşkilatçılığı ilə Azərbaycanın yerli investisiya layihələrinin maliyyələşdirilməsi imkanları müzakirə edilib
Trendyol COP31-də dayanıqlılıq və sosial təsir sahəsindəki fəaliyyətini - TƏQDİM EDİB
Süd vəzi xərçəngindən sığortalanmaq mümkündür
Bank olmayan kredit təşkilatına lisenziya verilib
"Hermes" lizinqdən sonra kredit bazarına daxil olur – Yeni BOKT lisenziya aldı
AccessBank QSC WEB Application Firewall üzrə tender elan edir ®
Taleh Tahirli "ABB DAVR"ın Müşahidə Şurasının sədri oldu
Shopify-da necə satışa başlamaq olar?
Ən çox gəlir gətirən onlayn bizneslər
Hazır bizneslərdə ən çox edilən 5 səhv
Biznes qurmaq üçün nə lazımdır?
Digital Card nədir?