"Azərbaycan əhalisinin 50%-i hələ də bank xidmətlərindən aktiv şəkildə istifadə etmir"
"Ölkə əhalisinin təxminən 50%-i hələ də bank xidmətlərindən aktiv şəkildə istifadə etmir".
Marja xəbər verir ki, bunu "Bir" ekosisteminin Baş icraçı direktoru Fərid Məmmədov bildirib.
Məmmədov "Qarşımızda böyük hədəflər var" deyərək qeyd edib:
"Rəqəmsallaşma istiqamətində ölkəmizin böyük potensialı var və biz bunu reallığa çevirmək istəyirik. Hazırda Azərbaycanın e-ticarətdən istifadə göstəricisi 2% təşkil edir ki, bu da Qazaxıstan (13.4%) və Türkiyə (15.9%) kimi qonşu ölkələrlə müqayisədə xeyli aşağıdır. Həmçinin bu fərq Azərbaycanın e-ticarət sektorunda güclü inkişaf potensialına malik olduğunu göstərir. Ölkə əhalisinin təxminən 50%-i hələ də bank xidmətlərindən aktiv şəkildə istifadə etmir. Rəqəmsallaşma isə onların bankçılıq və e-ticarət sektorlarına inteqrasiyasına imkan yaradaraq, həm maliyyə inklüzivliyini artırır, həm də ölkə iqtisadiyyatının uzunmüddətli dayanıqlılığına töhfə verir".
"Bir" ekosisteminin Baş icraçı direktoru əlavə edib ki, "hazırda istifadəçilər üçün daha fərdiləşdirilmiş təcrübə yaratmaq üzərində işləyirik": "Yəni, hər müştəriyə öz seçimlərinə, maraqlarına və ehtiyaclarına uyğun xidmətlər təklif ediləcək. Ən əsası biz davamlı inkişaf prinsipi ilə çalışırıq. Bu o deməkdir ki, ekosistemin böyüməsi yalnız xidmətlərin artması demək deyil. Biz mövcud xidmətləri daha da təkmilləşdirib onların müştərilərə maksimum dəyər qatmasını təmin edirik". / marja.az

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil
Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir
"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Layihə menecmenti nədir?
Dünyanın ən zəngin idmançıları
SWIFT nədir?
Marketinq nə demədir?