Azərbaycan Hava Yolları və ABB təyyarə göyərtəsində POS ödəniş imkanını istifadəyə verib

Azərbaycan Hava Yolları və ABB təyyarə göyərtəsində POS ödəniş imkanını istifadəyə veribAzərbaycan Hava Yolları və müştərilərin həyat tərzi tərəfdaşı ABB sərnişin təcrübəsinin təkmilləşdirilməsi istiqamətində yeni bir həlli istifadəyə verib. Artıq Azərbaycan Hava Yollarına məxsus təyyarələrin göyərtələrində ABB POS terminalları vasitəsilə əlavə xidmətlərə görə ödəniş etmək mümkündür.
Bu həll sayəsində sərnişinlər uçuş zamanı təqdim olunan əlavə xidmətlərin ödənişini bank kartı ilə ABB POS terminallarında sürətli və təhlükəsiz şəkildə həyata keçirəcəklər.
Yeni xidmət çərçivəsində sərnişinlər mövcudluqdan asılı olaraq, uçuş zamanı ekonom sinifdə daha rahat oturacaq seçimi, həmçinin biznes və ya premium ekonom xidmət sinfinə keçid üçün ödənişi birbaşa təyyarənin göyərtəsində edə bilərlər. Beləliklə, əlavə xidmətlərdən yararlanmaq və onların ödənişi prosesi çevik və əlçatan olur.
Yeni həll Azərbaycan Hava Yollarının sərnişin təcrübəsinin davamlı təkmilləşdirilməsi və rəqəmsal transformasiyanın inkişaf etdirilməsi istiqamətində həyata keçirdiyi tədbirlərin növbəti mərhələsidir. Aviaşirkət səyahətin müxtəlif mərhələlərində rəqəmsal həllərin tətbiqini genişləndirərək sərnişinlər üçün xidmətlərin əlçatanlığını artırmağa və geniş seçim imkanları yaratmağa davam edir.
ABB üçün isə təyyarə göyərtəsində POS terminalla ödəniş imkanının yaradılması həyat tərzi tərəfdaşı olaraq müştərilərə təqdim edilən daha bir yeni imkandır. Bank ümumi yanaşma çərçivəsində müştərilərin müxtəlif ehtiyaclarını vahid ekosistem daxilində qarşılayan rəqəmsal və maliyyə həllərini inkişaf etdirir.
Azərbaycan Hava Yolları və ABB arasında əməkdaşlıq çərçivəsində həyata keçirilən yeni həll sərnişinlərə əlavə xidmətlərdən uçuş zamanı rahat yararlanmaq və ödənişləri birbaşa göyərtədə həyata keçirmək imkanı yaratmaqla müştəri təcrübəsinin daha da təkmilləşdirilməsinə xidmət göstərir. / banker.az

Banklar     Tarix: 20 avqust 2026

Oxşar xəbərlər

DSX işçilərinə – XÜSUSİ TƏKLİF

Expressbank Dövlət Sərhəd Xidməti İşçilərinin Peşə Bayramı Günü münasibətilə bu sahədə çalışanlara özəl istehlak kreditinin illik faiz dərəcəsinə endirim təklif edir. Təklif çərçivəsində sözü gedən peşə sahibləri 70 00 manatadə

Azərbaycan Hava Yolları və ABB təyyarə göyərtəsində POS ödəniş imkanını istifadəyə verib

Azərbaycan Hava Yolları və müştərilərin həyat tərzi tərəfdaşı ABB sərnişin təcrübəsinin təkmilləşdirilməsi istiqamətində yeni bir həlli istifadəyə verib. Artıq Azərbaycan Hava Yollarına məxsus təyyarələrin göyərtələrind

"Ambisiyamız kifayət qədər böyükdür" - MÜSAHİBƏ

AFB Bankın Mikro və Aqro Kreditlər Departamentinin direktoru Aslan Nəbiyev bankın mikro, aqro və KOS kreditləşməsi istiqamətində əldə etdiyi nəticələr, rəqəmsallaşma, regionlarda sahibkarların maliyyələşdirilməsi və qarşıdak

Aylıq 1%-dən başlayan "Lombard" krediti ®

() Müştərilərinin maliyyə ehtiyaclarını rahat şəkildə qarşılamasına imkan yaratmaq məqsədilə Expressbank "Lombard" krediti məhsulunu təqdim edir. Belə ki, 750 manatdan 100 00 manatadək kredit məbləğini, 3 ayda

Maliyyə Nazirliyinin nümayəndəsi ABB-nin Müşahidə Şurasında təmsil olunacaq

"Azərbaycan Beynəlxalq Bankı" ASC (ABB) səhmdarlarının növbədənkənar ümumi yığıncağının tarixini elan edib. İclas "Banklar haqqında" Qanunun 24.5-ci maddəsinə rəhbər tutularaq 2026-cı il sentyabrın 30-d

Mərkəzi Bankın dövriyyədəki notları 1 milyard manatı keçdi

Mərkəzi Bankın (AMB) dövriyyədə olan notlarının həcmi 2024-cü il iyulun 24-dən bu yana ilk dəfə 1 milyard manatı geridə qoyub. bu barədə Mərkəzi Banka istinadən xəbər verir. AMB-nin göstəricilərinə əsasən, avqustun 12-də

Kredit portfeli 3,5 milyon manat kiçilib, investorlara borcu 2,3 dəfə artıb – "FINCA Azerbaijan"da nə baş verir?

"FINCA Azerbaijan" MMC BOKT 2026-cı ilin ilk 6 ayını 998,52 min manat xalis mənfəətlə başa vurub. Ötən ilin eyni dövründə təşkilatın xalis mənfəəti 813,21 min manat olmuşdu. "FINCA Azerbaijan"ın maliyy

"Express Business" tətbiqində yeni funksionallıq istifadəyə verildi

Expressbankın biznes müştəriləri üçün nəzərdə tutulmuş Express Business mobil tətbiqində Dövlət Xəzinədarlığı Agentliyi (ƏDV) ödənişləri funksionallığı istifadəyə verilib. Bu yeni funksionallıq biznes müştərilərinə ƏDV üzr

Banklar məlumatlarımızı niyə toplayır? – Hər kəsin bilməli olduğu məqamlar

Banklar haqqınızda nə bilir? Banklar sizin haqqınızda hansı məlumatları toplayır? Banklar məlumatlarımızı niyə istəyir? – Hər kəs bilməlidir. Müasir dünyanın rəqəmsallaşması əksər sahələrdə olduğu kimi maliyyə dünyasını d


iqtisadi xeberler en son xeberler iqtisadiyyat xeberleri internetden pul qazanmaq avtomobil xeberleri