Azərbaycan mayda Türkiyəyə qaz ixracı üzrə liderliyini qoruyub
Bu ilin yanvar-may aylarında Azərbaycan Türkiyəyə 4 milyard 683,75 milyon kubmetr qaz ixrac edib.
Bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (EPDC) aylıq hesabatında deyilir.
Məlumata görə, bu, 2023-cü ilin ilk beş ayı ilə müqayisədə 5,6 % çoxdur.
Bu ilin may ayında Azərbaycan Türkiyəyə 1 milyard 008,58 milyon kubmetr təbii qaz ixrac edib, bu isə 2023-cü ilin may ayı ilə müqayisədə 9,24 % çoxdur.
Beləliklə, Azərbaycan may ayında Türkiyəyə təbii qaz ixrac edən ölkələr arasında liderliyini qoruyub. Qeyd olunan dövrdə Türkiyənin idxal etdiyi təbii qazın 35 %-i Azərbaycanın payına düşüb.
Ümumilikdə, may ayında Türkiyəyə 2 milyard 882,34 milyon kubmetr [azalma 21,94 %] qaz idxal edilib. 2 milyard 336,48 milyon kubmetr (bütün tədarükün 81,06 %-i, azalma 17,49 %) boru kəməri qazının, 545,86 milyon kubmetr (bütün tədarükün 18,94 %-i, azalma 36,56 %) mayeləşdirilmiş təbii qazın (LNG) payına düşüb.
Mayda Türkiyəyə 6 ölkədən (Azərbaycan, Rusiya, İran - boru kəmərləri ilə, ABŞ, Misir, Əlcəzair - mayeləşdirilmiş təbii qaz) qaz nəql olunub. / banker.az

EİB, IFC və OeEB "Bank Respublika"nın imtiyazlı səhmlərini əldə etdiklərini təsdiqləyiblər
Fuad Əbdürrəhmanov "Xalq Əmanəti" layihəsinin 27-ci nəşrində
ABB səhmləri rekord vurdu – 37 qəpiyə yüksəldi
PAŞA Bankın təşkilatçılığı ilə Azərbaycanın yerli investisiya layihələrinin maliyyələşdirilməsi imkanları müzakirə edilib
Trendyol COP31-də dayanıqlılıq və sosial təsir sahəsindəki fəaliyyətini - TƏQDİM EDİB
Süd vəzi xərçəngindən sığortalanmaq mümkündür
Bank olmayan kredit təşkilatına lisenziya verilib
"Hermes" lizinqdən sonra kredit bazarına daxil olur – Yeni BOKT lisenziya aldı
AccessBank QSC WEB Application Firewall üzrə tender elan edir ®
Taleh Tahirli "ABB DAVR"ın Müşahidə Şurasının sədri oldu
Shopify-da necə satışa başlamaq olar?
Ən çox gəlir gətirən onlayn bizneslər
Hazır bizneslərdə ən çox edilən 5 səhv
Biznes qurmaq üçün nə lazımdır?
Digital Card nədir?