Azərbaycan Mərkəzi Bankı 2022-ci ili 64 mln. manat zərər edib
Azərbaycan Mərkəzi Bankı 2022-ci ili 63.95 mln. manat zərər edib.
Banker.az xəbər verir ki, bu barədə AMB-nin illik audit hesabatında bildirilir. Hesabatı "big four"a daxil olan nüfuzlu "PwC" aparıb.
2021-ci ildə Mərkəzi Bank 162.75 milyon manat zərər etmişdi.
Hesabatda bildirilir ki, 2022-ci ildə 205.52 milyon manat həcmində faiz gəliri əldə edib və bu illik müqayisədə 70% artımdır.
AMB-nin faiz xərcləri illik müqayisədə isə 1%-ə yaxın artımla 167.93 milyon manat olub.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı haqqında qanun 4.3-cü maddəsində qeyd edilir ki, mənfəət götürmək Mərkəzi Bankın əsas məqsədi deyildir.
Mərkəzi Bankın 1 yanvar 2023-cü il tarixinə balansında 171.33 milyon manat bölüşdürülməmiş mənfəət göstərilir. Kapitalının strukturunda bölüşdürülməmiş mənfəət qədər də qiymətli kağızlar üzrə mümkün zərər üzrə ehtiyata ayrılıb.


Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Biznes nədir?
Biznes təlimlər və tədris üsulları
Bitcoin necə işləyir?
İKEA şirkətinin tarixi
Amazonda satış etmək üçün bilməli olduqlarınız