Azərbaycan Mərkəzi Bankı və Macarıstan Mərkəzi Bankı arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb
Bakıda keçirilən "Türk Dövlətləri Təşkilatına üzv ölkələrin mərkəzi (milli) banklarının Şurası"nın ikinci toplantısı çərçivəsində Azərbaycan Mərkəzi Bankı ilə Macarıstan Mərkəzi Bankı arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Bu barədə AMB-dən bildirilib.
Məlumata görə, Memorandum iki qurum arasında əməkdaşlığın institusional və hüquqi əsaslarının möhkəmləndirilməsinə, qarşılıqlı əlaqələrin daha da genişləndirilməsinə, həmçinin mərkəzi bankçılıq sahəsində qabaqcıl təcrübə və bilik mübadiləsinin təşviqinə xidmət edəcək.
Memorandum çərçivəsində monetar siyasət, bank nəzarəti, kapital bazarları, sığorta sektoru, ödəniş sistemləri, maliyyə texnologiyaları və digər qarşılıqlı maraq kəsb edən istiqamətlər üzrə əməkdaşlığın dərinləşdirilməsi təmin ediləcəkdir. Bu məqsədlə görüşlərin, seminarların, təcrübə mübadilələrinin, təlim proqramlarının və işgüzar səfərlərin təşkili nəzərdə tutulur.
Memorandum həm mərkəzi bankçılığın, həm də bütövlükdə hər iki ölkənin maliyyə sektorunun inkişafına öz töhfəsini verəcək. / banker.az

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
Vəzifəli şəxslərə dövlət və bələdiyyə əmlakından istifadə, reklam fəaliyyəti ilə bağlı məhdudiyyətlər qoyulacaq
İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir
"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır
ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?
2026-ci ilin TOP-5 onlayn biznes ideyası
SMM nə deməkdir?
Dünyanın ən zəngin idmançıları
Bill Qeyts kimdir?