Azərbaycan Mərkəzi Bankının faiz qərarı öncəsi bazar buna "reaksiya" verir

Azərbaycan Mərkəzi Bankının faiz qərarı öncəsi bazar buna Bakı Fond Birjasında (BFB) son günlərdə keçirilən repo əqdləri üzrə əməliyyatlarda gəlirlilik əyrisi aşağı doğru hərəkət edir. Ölkədə bençmark faizləri düşür.
Banker.az-ın əldə etdiyi məlumata əsasən, ötən gün BFB-də nominal üzrə ümumi məbləğ 105.63 mln. manat təşkil edib.
Belə ki, bağlanılmış 17 repo əqdi üzrə bütün əqdlər əsasında hesablanan repo istinad faiz indeksi 1D AINAAO (1-3 gün) üzrə 5.98%, 1W AINAAO (6-8 gün) üzrə 5.51%, 2W AINAAO (13-15 gün) üzrə 6.20% təşkil edib.
Azərbaycan Mərkəzi Bankının faiz qərarı öncəsi bazar buna Bir həftəlik repo əqdləri üzrə istinad faizi sonuncu dəfə 2023-cü il oktyabr 16-da bu qədər aşağı qeydə alınıb. Həmin tarixdən sonra istinad faizləri həftəlik (1W AINAAO) 5.6%-in üzərində olub.
Eyni ilə bu, banklararası əqdlər əsasında hesablanan repo istinad faiz indeksinə də aiddir. Məsələn, ötən cümə günü keçirilən əmliyyatlarda Banklararası bir həftəlik borclanma faizi (1W AINAIB) 2023-cü ilin sentyabrından bu tərəfə ilk dəfə 6%-dən aşağı düşüb. İstinad faizləri 5.9% təşkil edib.
Azərbaycan Mərkəzi Bankının faiz qərarı öncəsi bazar buna Bu hadisə Azərbaycan Mərkəzi Bankının uçot faiz dərəcəsinə dair sabah, həftənin çərşənbə axşamı iclası öncəsi baş verir. Mərkəzi Bank son iki iclasda 100 baza bəndi faizləri endirib. Proqnozlara görə, AMB iqtisadi aktivliyi yüksəltmək və eləcə də ölkədə azalmaqda olan inflyasiya şəraitində yumşalmanı davam etdirəcək. Ətraflı
Repo – tərəflər arasında dövlət və korporativ qiymətli kağızları ilə repo və əks-repo əməliyyatları bağlanıldığı bazardır.

Banklar     Tarix: 30 yanvar 2024

Oxşar xəbərlər

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bank sektorunda izafi likvidliyin artmasının biznes kreditləşməsinə tətbiq edilən sərt prudensial tələblərlə əlaqələndirilməsi barədə fikirlərlə razılaşmır. xəbər veri

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin sədri və üzvlərinin vəzifəyə yenidən təyin edilməsi məsələsi səhmdarların müzakirəsinə çıxarılacaq. Bankın 2027-ci il üzrə büdcəsinin və növbəti üç ili əhatə edən strateji planını

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

BOKT-lərin xalis mənfəəti 2,5 dəfədən çox artaraq 153 milyon manatı keçib

Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarının (BOKT) 2026-cı ilin yanvar–sentyabr aylarında xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfədən çox artıb. bank olmayan kredit təşkilatlarını


iqtisadi xeberler emlak xeberleri bitkoin qiymeti internetden pul qazanmaq investisiya