Azərbaycan qazının TAP və IGB ilə nəqlinə qoyulan məhdudiyyətin bitmə vaxtı açıqlanıb
Cənub Qaz Dəhlizinin (SGC) qaz kəmərləri sisteminin bir hissəsində aparılan profilaktik işlərlə əlaqədar Trans-Adriatik Qaz Boru Kəməri (TAP) ilə Azərbaycan qazının nəqlinə qoyulan məhdudiyyətlər avqustun 12-dək qüvvədə olacaq.
Bu barədə TAP qaz kəmərinin operatoru olan "TAP AG" boru kəməri şirkətindən məlumat verilib.
"Trans Adriatic Pipeline AG" təsdiq edir ki, Cənub Qaz Dəhlizinin TAP-a qədər olan hissəsində avqustun 5-dən aparılan və həmin ayın 12-dək davam edəcək planlı təmir işləri ilə əlaqədar hazırda qaz kəmərində qaz axını məhdudlaşdırılıb", – şirkətdən bildirilib.
Vurğulanıb ki, TAP sistemi və ötürmə qabiliyyəti tam olaraq əlçatan olsa da, qaz nəqli sistemində planlı təmir işləri Yunanıstan-Türkiyə sərhədindəki Kipoy birləşmə nöqtəsində TAP-a daxil olan qaz axınının azalmasına səbəb olub.
Daha əvvəl şirkətdən verilən məlumata görə, profilaktik işlərlə əlaqədar Trans-Adriatik qaz kəməri ilə Azərbaycan qazının nəqlinə qoyulan məhdudiyyətlərin avqustun 9-dək davam edəcəyi bildirilirdi.
Analoji məhdudiyyətlər 5-11 avqust tarixlərində Azərbaycan qazının Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) vasitəsilə nəqlinə də tətbiq olunacaq. / banker.az

EİB, IFC və OeEB "Bank Respublika"nın imtiyazlı səhmlərini əldə etdiklərini təsdiqləyiblər
Fuad Əbdürrəhmanov "Xalq Əmanəti" layihəsinin 27-ci nəşrində
ABB səhmləri rekord vurdu – 37 qəpiyə yüksəldi
PAŞA Bankın təşkilatçılığı ilə Azərbaycanın yerli investisiya layihələrinin maliyyələşdirilməsi imkanları müzakirə edilib
Trendyol COP31-də dayanıqlılıq və sosial təsir sahəsindəki fəaliyyətini - TƏQDİM EDİB
Süd vəzi xərçəngindən sığortalanmaq mümkündür
Bank olmayan kredit təşkilatına lisenziya verilib
"Hermes" lizinqdən sonra kredit bazarına daxil olur – Yeni BOKT lisenziya aldı
AccessBank QSC WEB Application Firewall üzrə tender elan edir ®
Taleh Tahirli "ABB DAVR"ın Müşahidə Şurasının sədri oldu
Shopify-da necə satışa başlamaq olar?
Ən çox gəlir gətirən onlayn bizneslər
Hazır bizneslərdə ən çox edilən 5 səhv
Biznes qurmaq üçün nə lazımdır?
Digital Card nədir?