Azərbaycanda 65 minə yaxın kommersiya qurumu qeyri-aktivdir
2025-ci ilin yanvar ayının 1-nə respublika üzrə uçotda olan 1.597.229 vergi ödəyicisinin 87 faizi fiziki şəxs, 13 faizi hüquqi şəxs və digər təşkilatlar olub.
Dövlət Vergi Xidmətinin yaydığı məlumata görə, 2024-cü ilin əvvəli ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 5,4 faiz, o cümlədən fiziki şəxslərin sayı 5,1 faiz, hüquqi şəxslərin sayı 7,3 faiz artıb.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
2025-ci ilin yanvar ayının 1-nə qeydiyyatda olan kommersiya qurumlarının sayı 190.367 vahid təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 8 faiz çoxdur.
2024-cü ildə 14.441 vahid kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, bunun da 89,3 faizi yerli investisiyalı, 10,7 faizi xarici investisiyalı qurumlardır. Dövlət qeydiyyatından keçmiş kommersiya qurumlarının 83,4 faizi elektron qaydada, 16,6 faizi kağız daşıyıcılarda edilmiş müraciətlər əsasında qeydə alınıb.
Yerli investisiyalı MMC-lərin e-qeydiyyatda xüsusi çəkisi 94 faiz təşkil edib. Dövlət qeydiyyatından keçmiş kommersiya qurumlarının 12.051-i elektron qaydada qeydiyyatdan keçib ki, onlardan 9.780-i Asan İmza ilə, 2.221-i "Finkod + mobil nömrə" üsulu ilə, 50-si isə "SİMA" rəqəmsal imza vasitəsi ilə edilmiş müraciətlər əsasında qeydə alınıb.
Yanvar ayının 1-nə dövlət qeydiyyatında olan kommersiya qurumlarının tərkibində aktiv ƏDV ödəyicilərinin sayı 40.416 vahid təşkil edərək əvvəlki illə müqayisədə 15,7 faiz artıb. ƏDV ödəyicilərinin ümumi qeydiyyatda xüsusi çəkisi 32,2 faiz təşkil edib.
Dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 91,4 faizi MMC, 1,2 faizi səhmdar cəmiyyət, 1,1 faizi kooperativ və s. formalarda yaradılıb.
2025-ci ilin yanvar ayının 1-nə dövlət qeydiyyatında olan 125.696 kommersiya qurumunun vəziyyəti aktiv olub. 2024-cü ilin əvvəli ilə müqayisədə aktiv kommersiya qurumlarının sayı 11,6 faiz artıb. / marja.az

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil
Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir
"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Start-up nədir?
Onlayn biznes növləri
CV hazırlayarkən buraxılan 5 səhv
5 liderlik göstəricisi
İnvestisiyanın necə cəlb etmək olar?