Azərbaycanda bank sığortaçılığı sahəsində tədqiqat işi aparılıb

Azərbaycanda bank sığortaçılığı sahəsində tədqiqat işi aparılıbAzərbaycanın sığorta sektoru ilə bağlı sayca üçüncü tədqiqat işi peşəkar sığorta bazarı iştirakçılarına təqdim olunub.
ASA-dan verilən məlumata görə, Azərbaycan Sığortaçılar Assosiasiyası, ASA Tədris Mərkəzi və Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın birgə əməkdaşlığı çərçivəsində aparılan tədqiqat işi "Bank sığortaçılığının cari vəziyyətinin qiymətləndirilməsi" mövzusuna həsr olunub.
Tədqiqat işinin aparılma səbəblərinə aydınlıq gətirən layihə rəhbəri, ASA Tədris Mərkəzinin direktoru Pərviz Quliyevin sözlərinə görə, müşahidələr onu deməyə əsas verir ki, yerli bankların sığorta şirkətləri ilə biznes əməkdaşlığı məhdud sayda sığorta məhsullarının satışından ibarətdir:
"Bu sığorta məhsulları, əsasən, bankların öz müştərilərinə təklif etdikləri kreditlərə tətbiq olunan məhsullardır ki, bu da bankların öz risklərini sığortalamaq anlamına gəlir. Bankların mövcud müştərilərinə fərqli sığorta məhsullarının təklif olunması nəticəsində qeyri-bank xidmətindən əlavə gəlir əldə etmək imkanını lazımi səviyyədə dəyərləndirməməsinin səbəblərini araşdırmaq qərarına gəldik".
Layihə rəhbəri bildirir ki, tədqiqatın başlıca məqsədi bank sığortaçılığının cari vəziyyətini qiymətləndirmək, bu sahənin inkişafını əngəlləyən məqamları ortaya çıxarmaq və ekspertlərin bu istiqamətdə təkliflərini öyrənməkdir.
Tədqiqatda daha çox istifadə olunan sığorta məhsulları, sığorta məhsullarının əldə edildiyi kanal növü, bank xidmətlərindən istifadə dinamikası və xidmət çeşidləri, bank sığortaçılığı məhsullarından istifadə edənləringender, yaş və gəlirlilik səviyyəsinə görə dinamikası, sığorta məhsullarından imtina səbəbləri və s. kimi aktual suallara cavab axtarılıb.
Qeyd edilib ki, "Bank sığortaçılığının cari vəziyyətinin qiymətləndirilməsi" mövzusuna həsr olunmuş tədqiqat işinə dair sorğularda 500 respondent iştirak edib ki, bunun da 53%-ni kişilər, 47%-ni isə qadınlar təşkil edib. Tədqiqat Bakı və Bakıətrafı ərazilərdə aparılıb. / marja.az

Banklar     Tarix: 10 dekabr 2025

Oxşar xəbərlər

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Sentyabr ödəniş kartlarının sayı 414 min ədəd artıb

Banklar və "Azərpoçt" MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 414 min ədəd artaraq 23 milyon 388 min ədəd təşkil etmişdir. Bu barədə Azərbaycan Mərkəz

Kredit ittifaqlarının vəziyyəti pisləşir: Aktivlər, kreditlər və kapital kəskin azalıb

Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqlarının maliyyə göstəricilərində geriləmə davam edir. 2026-cı ilin sentyabr ayının sonuna sektorun aktivləri, kredit portfeli və kapitalı ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətl

"Fitch Solutions": Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini bu il 6%-ə kimi endirəcək

Azərbaycanda uçot dərəcəsi 2026-cı ilin sonunda 6%-ə, 2027-ci ilin sonunda 5,88%-ə, 2028-ci ilin sonunda 5,44%-ə kimi enəcək, 2029-cu ilin sonunda isə 5,66% təşkil edəcək. Bu barədə "Fitch Group"a daxil olan "Fitc

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır

Azərbaycanda kredit kartları üzrə faizlər 27%-ə çatıb – Avtomobil kreditləri də bahalaşıb

Banklarda ən bahalı və ən ucuz kreditlər məlum oldu. Azərbaycanda bankların istehlak kreditləri üzrə orta faiz dərəcələrində fərqli istiqamətlərdə dəyişikliklər qeydə alınıb. Kredit kartları və avtomobil kreditləri üzrə faizlə


iqtisadi xeberler dollar mezenne bitkoin en son xeberler bu gunun xeberleri