"Azərbaycanda banklararası təminatsız bazarın həcmi 6 dəfə artıb"
Bu il avqust ayına Azərbaycanda banklararası təminatsız bazarın həcmi ötən ilin sentyabr ayı ilə müqayisədə təxminən 6 dəfədən çox artaraq 787,5 milyon manatdan 4,9 milyard manata çatıb.
Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov "Global Finance"a müsahibəsində deeyib.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.99%-dən
O bildirib ki, banklararası təminatsız bazarın inkişafı Mərkəzi Bankın əsas prioritetlərindən olub:
"Bu istiqamətdə 3 əsas məsələyə infrastrukturun inkişafı, iştirakçıların (bankların) bazarda fəallığının təşviq edilməsi və baza qısamüddətli faiz dərəcələrinin formalaşdırılmasına diqqət yetirdik. Hesab edirəm ki, bu sahədə çox şey əldə etmişik. Bu, banklararası pul bazarının bu seqmentində böyük perspektivin olduğunu göstərir.
Bundan başqa, təminatsız bazar üçün qısamüddətli etalon faiz dərəcəsi kimi AZIR indeksi formalaşdırılıb. Buna paralel olaraq banklararası təminatlı bazar da inkişaf etdirilib və bu məqsədlə AINA indeksi formalaşdırılıb.
Son məqsədimiz qısamüddətli faiz dərəcələrini pul siyasəti dəhlizi daxilində idarə edərək uzunmüddətli faiz dərəcələrinə təsir etməkdir".
© "Report"

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Swift nədir?
Proqramçılar üçün TOP-5 Freelance sayt
Elon Musk kimdir?
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
Biznes nədir və hansı növləri var?