Azərbaycanda "card to card" əməliyyatlarının AÖS üzərindən aparılmasına başlanılıb

Azərbaycanda Azərbaycanda kartdan karta köçürmə ("card to card") əməliyyatlarının Ani Ödənişlər Sistemi (AÖS) üzərindən aparılmasına başlanılıb.
Bu barədə Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib. Məlumata görə, "card to card" əməliyyatlarının kart prosesinq sistemindən Ani Ödənişlər Sistemi (AÖS) üzərindən aparılmasına başlanılması bankların daxili infrastrukturunda əsas dəyişiklik yaradır və onlara bir sıra üstünlüklər qazandırır.
Qeyd olunub ki, əsas üstünlüklərdən biri bankların xərclərinin azalmasıdır. Belə ki, AÖS üzrə bu növ əməliyyatlar üçün Mərkəzi Bank tərəfindən xidmət haqqı tətbiq edilmir. Eyni zamanda, AÖS vasitəsilə hesablar arasında aparılan köçürmələr anında – bir neçə saniyə ərzində həyata keçirilir. Bankların xərclərinin və proseslərinin optimallaşması nəticəsində vətəndaşlara daha səmərəli xidmətlər və daha yaxşı müştəri təcrübəsi təqdim etmək imkanı yaranır.
Məlumata əsasən, keçid prosesi artıq mərhələli şəkildə başlayıb və bir çox banklar AÖS üzərindən "card to card" əməliyyatlarını aktivləşdiriblər.
Mərkəzi Bankdan bildirilib ki, bu keçid kibertəhlükəsizlik və fırıldaqçılıq risklərinə qarşı nəzarəti də gücləndirir: "Ənənəvi kart şəbəkəsi üzərindən aparılan köçürmələrdə bank yalnız kartın 16 rəqəmi əsasında məlumat əldə etdiyi halda, AÖS-də əməliyyatlar hesab səviyyəsində aparıldığından həm göndərən, həm də alan tərəf daha dəqiq identifikasiya olunur. Bu isə fırıldaqçılıq məqsədli əməliyyatların real vaxt rejimində daha operativ aşkarlanmasına imkan verir. Eyni zamanda, kart şəbəkələri üzərindən aparılan "card to card" əməliyyatlarında kart məlumatlarının oğurlanması və klonlaşdırılması ilə bağlı risklər mövcud idi. AÖS-də isə əməliyyatlar hesablar üzərindən getdiyi üçün bu tip risklər əhəmiyyətli dərəcədə azalıb".
© APA / marja.az

Banklar     Tarix: 10 dekabr 2025

Oxşar xəbərlər

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Sentyabr ödəniş kartlarının sayı 414 min ədəd artıb

Banklar və "Azərpoçt" MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 414 min ədəd artaraq 23 milyon 388 min ədəd təşkil etmişdir. Bu barədə Azərbaycan Mərkəz

Kredit ittifaqlarının vəziyyəti pisləşir: Aktivlər, kreditlər və kapital kəskin azalıb

Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqlarının maliyyə göstəricilərində geriləmə davam edir. 2026-cı ilin sentyabr ayının sonuna sektorun aktivləri, kredit portfeli və kapitalı ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətl

"Fitch Solutions": Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini bu il 6%-ə kimi endirəcək

Azərbaycanda uçot dərəcəsi 2026-cı ilin sonunda 6%-ə, 2027-ci ilin sonunda 5,88%-ə, 2028-ci ilin sonunda 5,44%-ə kimi enəcək, 2029-cu ilin sonunda isə 5,66% təşkil edəcək. Bu barədə "Fitch Group"a daxil olan "Fitc

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır

Azərbaycanda kredit kartları üzrə faizlər 27%-ə çatıb – Avtomobil kreditləri də bahalaşıb

Banklarda ən bahalı və ən ucuz kreditlər məlum oldu. Azərbaycanda bankların istehlak kreditləri üzrə orta faiz dərəcələrində fərqli istiqamətlərdə dəyişikliklər qeydə alınıb. Kredit kartları və avtomobil kreditləri üzrə faizlə


iqtisadi xeberler dollar mezenne bitkoin en son xeberler bu gunun xeberleri