Azərbaycanda dövlət xətti ilə verilən ipoteka kreditlərinin sayı 46 mini keçib
Bu günə qədər İpoteka və Kredit Zəmanət Fondu (İKZF) 46 022 borcalana 2 milyard 734.833 milyon manat kredit verib.
Bu barədə İKZF-nin açıqlamasında bildirilir.
Bundan başqa, qurum bəyan edib ki, indiyə qədər 371.469 milyon manat məbləğində biznes kreditlərinə zəmanət verilib, 3 870 mənzil isə kirayəyə vermək yolu ilə realizə edilib.
Xatırladaq ki, Fond 2017-ci ilin sonunda "Azərbaycan İpoteka Fondu" və "Kredit Zəmanət Fondu" ASC-lərin birləşməsi nəticəsində yaradılıb və onların hüquqi varisidir. Fond milli maliyyə təsisatlarına uzunmüddətli subsidiyalaşdırılmış ipoteka kreditlərinin verilməsi və ucuz maliyyə resurslarına çıxışın təmin edilməsi ilə bağlı likvidlik dəstəyini verən dövlət agenti kimi fəaliyyət göstərir. / banker.az

Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Dünyanın ən bahalı restoranları
ƏDV geri al və onun üstünlükləri
Ən çox soruşulan müsahibə sualları hansılardır?
Proqramçılar üçün TOP-5 Freelance sayt
Onlayn biznes növləri