Azərbaycanda əhaliyə verilən kreditlərin orta faizləri artıb

Azərbaycanda əhaliyə verilən kreditlərin orta faizləri artıbAzərbaycanda fiziki şəxslərə verilən kreditlərin faizləri 2019-cu ilin sonundan bu tərəfə maksimum səviyyəyə yüksəlib. Banker.az bunu Azərbaycan Mərkəzi Bankının göstəricilərinə istinadən xəbər verir.
Belə ki, fiziki şəxslərə təqdim edilən kreditlərin orta faizləri 1 sentyabr tarixinə 16.9% olub. Bu, ilin əvvəlindəki 16.31 səviyyəsindən 0.59 faiz bəndi yuxarı göstəricidir. Azərbaycanda fiziki şəxslərə verilən kredit dedikdə, istehlak, ipoteka və fərdi sahibkarlara verilən kreditlər başa düşülür.
Bankların fiziki şəxslərdən milli valyutada cəlb etdiyi müddətli depozit faizləri də yuxarı istiqamətdə baş götürüb. Məsələn, ilin əvvəlində orta faizlər 9.62% olduğu halda, 8 ayın sonuna bu rəqəm 10.3%-ə qalxıb. Təqribən 0.68 faiz bəndi depozit faizləri qalxıb.
Nəticədə kredit və depozit arasındakı marja ilin əvvəlindəki 6.7% faizdən 6.5%-ə qədər düşüb.
Fiziki şəxslərin banklara kredit öhdəliyinin həcmi ilin əvvəlindən 8 ayın sonuna artım göstərib. İstehlak kreditlərinin həcmi müddət ərzindən 7.9 faiz artımla 9.11 mlrd. manatı keçərkən, ipoteka kreditləri 6 faiz artımla 4.5 mlrd. manata yüksəlib. Əhalinin banklarda isə ümumi 15.09 mlrd. manat depoziti var ki, bunun da 9.56 mlrd. manatı müddətlidir.
Sentyabrın ikinci həftəsində beynəlxalq reytinq agentliniyi "Fitch Rating" də bu məsələ ilə bağlı şərh bildirmişdi. Agentlik qeyd etmişdi ki, Azərbaycan Mərkəzi Bankının bu sahədə risklərin idarəsi üçün qabaqlayıcı tədbirlər görməsinə rəğmən, 2021-ci ildən bəri pərakəndə (fiziki şəxslərə verilən) kreditlərin sürətli artımı müəyyən qızışma riskləri yaradır.
Bununla belə, onun press-relizində Azərbaycanda bank sektorunun orta göstəriciləri 2017-ci ildən yaxşılaşıb – dollarlaşma azalıb, problemli aktivlərin riski isə aşağı düşdüyü də qeyd edilmişdi.
Azərbaycan Mərkəzi Bankı isə bu il faiz dəhlizinin parametrlərində hər bir bençmark üzrə faizləri 0.25 baza bəndi (iyulda ) endirməklə aşağı həddi 6%, yuxarı həddi 8% və uçot faiz dərəcəsi 7% müəyyən edib.

Banklar     Tarix: 30 sentyabr 2025

Oxşar xəbərlər

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

BOKT-lərin xalis mənfəəti 2,5 dəfədən çox artaraq 153 milyon manatı keçib

Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarının (BOKT) 2026-cı ilin yanvar–sentyabr aylarında xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfədən çox artıb. bank olmayan kredit təşkilatlarını

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®

Bu xəstəliklə mübarizədə erkən diaqnostika və vaxtında müalicə mühüm rol oynayır. Çünki süd vəzi xərçəngi dünyada qadınlar arasında ən geniş yayılmış onkoloji xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı süd vəzi xərçəngini müasi

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Azərbaycanda kredit kartları üzrə faizlər 27%-ə çatıb – Avtomobil kreditləri də bahalaşıb

Banklarda ən bahalı və ən ucuz kreditlər məlum oldu. Azərbaycanda bankların istehlak kreditləri üzrə orta faiz dərəcələrində fərqli istiqamətlərdə dəyişikliklər qeydə alınıb. Kredit kartları və avtomobil kreditləri üzrə faizlə

Azərbaycan bankları komissiyalardan 344 milyon manat qazanıb

Azərbaycan bankları 2026-cı ilin yanvar-sentyabr ayında komissiyadan 344.4 mln. manat gəlir əldə ediblər. bunu Mərkəzi Banka istinadən xəbər verir. Bu da illik müqayisədə komissiya gəlirlərinin 8.2% artımı deməkdir. Ötə


iqtisadi xeberler rubl mezenne leobank kart avtomobil xeberleri birbank