Azərbaycanda hökumət müştərək bankın kapital artımı üçün 41 mln. avro ayırmağa razılaşıb

Azərbaycanda hökumət müştərək bankın kapital artımı üçün 41 mln. avro ayırmağa razılaşıbAzərbaycanda qanunverici hökumət Milli Məclis tərəfindən müştərək bank olan Qara Dəniz Ticarət və İnkişaf Bankının nizamnamə kapitalının artırılmasına razılıq verilib.
Banker.az xəbər verir ki, bu məsələ Milli Məclisdə Sahibə Qafarovanın sədrliyi ilə parlamentin növbədənkənar sessiyada üzrə iclasda müzakirə edilib.
Sahibə Qafarova "Qara Dəniz Ticarət və İnkişaf Bankının kapitalının artımı ilə bağlı paylara abunəlik üçün Öhdəlik Məktubu"nun təsdiq edilməsi haqqında qanun layihəsi olduğunu deyib. O, qeyd edib ki, beynəlxalq sənədin təsdiq edilməsi ilə bağlı olduğuna görə bu qanun layihəsi müvafiq Konstitusiya Qanununun tələbinə əsasən bir oxunuşda baxılıb qəbul ediləcək.
Məsələ barədə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki, "Qara Dəniz Ticarət və İnkişaf Bankının kapitalının artımı ilə bağlı paylara abunəlik üçün Öhdəlik Məktubu" 2022-ci il aprelin 22-də imzalanıb.
Qeyd edək ki, Qara Dəniz Ticarət və İnkişaf Bankı (ing. Black Sea Trade and Development Bank (BSTDB)) — Qara dəniz bölgəsi ölkələrinin regional inkişafını və əməkdaşlığını dəstəkləmək üçün yaradılmış beynəlxalq maliyyə təşkilatıdır. Bu Bank Azərbaycanın da iştirakı ilə 1997-ci ildə təsis edilib. Baş ofisi Yunanıstanın Saloniki şəhərində yerləşir.
Bankın nizamnamə kapitalı ilkin mərhələ olaraq artırılaraq 2.3 milyard avro ekvivalentinə qaldırılıb. Sonradan 2021-ci ilin oktyabrda artırılmış 816.54 milyon avro dəyərində 710.03 ədəd səhmin abunə kapitalında artımı ikinci mərhələ qismində təklif olunub.
Hazırkı sənədə əsasən Azərbaycan tərəfi hər birinin nominal alış qiymətinin dəyəri 1 150 avro olan Qara Dəniz Ticarət və İnkişaf Bankının 35 680 ədəd səhminə abunə olur və 41 mln. 32 min avro (cari EUR/AZN məzənnəsi ilə götürdükdə 75 mln. 261.26 mln. manat) məcmu alış qiymətinin ödənilməsinə razılıq verir. Beləliklə, Azərbaycan QDTİB-ın abunə kapitalının artımına son, qeyd-şərtsiz və qaytarılmayan abunəliyinə qoşulmuş hesab ediləcək.

Banklar     Tarix: 14 iyun 2023

Oxşar xəbərlər

Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®

Bu xəstəliklə mübarizədə erkən diaqnostika və vaxtında müalicə mühüm rol oynayır. Çünki süd vəzi xərçəngi dünyada qadınlar arasında ən geniş yayılmış onkoloji xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı süd vəzi xərçəngini müasi

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri

22 oktyabrda Nazirlər Kabineti tərəfindən təsdiq olunan "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" ölkənin 2060-cı ilə qədər iqtisadiyyatını necə "yaşıllaşdıracağını" addım-addım göstərir

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

Bankların xalis mənfəəti 18,8 faiz artıb, lakin depozit və risk xərcləri də yüksəlib

Azərbaycanın bank sektoru 2026-cı ilin yanvar–sentyabr aylarını mənfəətlə başa vurub. Bankların xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 171 milyon 100 min manat və ya 18,8 faiz artaraq 1 milyard 81 milyon 800 mi

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni "İşğalda

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu

Yelo Bank yığım vərdişini oyuna, hədəfə çatmağı isə qazanca çevirən yeni əmanət məhsulunu – "Yelo Hədəf"i təqdim edir. Məhsulun əsas yanaşması sadədir: müştəri əmanət açarkən özü üçün hədəf məbləğ müəyyən edir


iqtisadi xeberler dollar mezenne bitcoin biznes ideyalari bitkoin