Azərbaycanda investorların pul vəsaitlərinin itirilməsi riski sığortalanacaq

Azərbaycanda investorların pul vəsaitlərinin itirilməsi riski sığortalanacaqAzərbaycanda ödəmə qabiliyyətini itirmiş investisiya şirkətlərində investorların pul vəsaitlərinin və maliyyə alətlərinin itirilməsi riski sığortalanacaq.
Azərbaycan Mərkəzi Bankından (AMB)bildirilib ki, bu, "Əmanətlərin sığortalanması haqqında" qanuna investisiya şirkətləri üzrə yatırımların sığortalanması ilə bağlı dəyişiklik layihəsində öz əksini tapıb.
Azərbaycanda investorların pul vəsaitlərinin itirilməsi riski sığortalanacaq"Layihədə kompensasiya hadisəsi, sığortalanan investisiyaların əhatə dairəsi, müvafiq kompensasiya fondunun yaradılması, investisiya şirkətlərinin üzvlüyə qəbul edilməsi, fonda üzvlük haqlarının ödənilməsi və kompensasiyaların verilməsinə dair müddəalar müəyyən edilib. Hazırda layihənin aidiyyəti dövlət qurumları ilə müzakirəsi davam etdirilir və yaxın vaxtlarda tamamlanması gözlənilir", - AMB qeyd edir.
Bildirilir ki, investisiyaların sığortalanması mexanizmi Mərkəzi Bank və Əmanətlərin Sığortalanması Fondu (ƏSF) tərəfindən birgə hazırlanaraq, ƏSF tərəfindən tətbiq ediləcək. Bu dəyişiklər nəticəsində ƏSF-in adının dəyişdirilməsi də nəzərdə tutulur.
Xatırladaq ki, ƏSF 2007-ci ilin 12 avqust tarixindən fəaliyyətə başlayıb. Hazırda 23 bank Fondun üzvüdür. İştirakçı banklar ƏSF-in reyestrinə daxil olarkən birdəfəlik üzvlük haqları ödəyir, sonra isə təqvim haqlarının ödənişini həyata keçirirlər.
Təqvim haqları iştirakçı bankların fondun reyestrinə daxil olunduğu gündən başlayaraq, birinci ildə qorunan əmanətlərin rüb ərzində orta günlük qalıq məbləğinin 0,15 %-i, 2008-ci ilin III rübündən etibarən isə 0,125 %-i həcmində, əmanətlərin valyutasında ödənilir. Əmanətlər ABŞ dolları və ya avroda olmadıqda isə bu valyutaların biri ilə Mərkəzi Bankın müvafiq valyutalar üzrə müəyyən etdiyi rəsmi məzənnələr əsasında hesablanmış çarpaz məzənnə üzrə hesablanır və ödənilir.
Təqvim haqları bankın fondun iştirakçı bankların reyestrinə daxil edildiyi gündən bank lisenziyasının ləğv edildiyi günədək ödənilir. ƏSF-in sığorta ehtiyatları qorunan əmanətlərin 5 %-inə çatdıqda, Himayəçilik Şurası iştirakçı banklar tərəfindən ödənilən təqvim haqlarının azaldılması və ya ödənilməsinin dayandırılması barədə qərar qəbul edə bilər.
Fondun Himayəçilər Şurasının 1 iyun 2020-ci il tarixli qərarına görə, Azərbaycanda əmanətlərin illik sığortalanma faizi manat əmanətləri üzrə 12 %, xarici valyuta əmanətləri üzrə isə 2,5 %-dir. ƏSF tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 %-i həcmində, lakin 100 min manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir. Fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesablarındakı pul vəsaitləri üzrə kompensasiya 20 min manatdan çox olmamaqla, notariusların depozit hesablarında olan fiziki şəxslərə məxsus pul vəsaitləri üzrə kompensasiya isə həmin pul vəsaitlərinin 100 %-i həcmində ödənilir. Milli valyutada olan əmanətlər üzrə kompensasiya manatla, xarici valyutada olan əmanətlər üzrə isə əmanətlərin valyutasında ödənilir.
Əmanətlər ABŞ dolları və ya avroda olmadıqda, kompensasiya bu valyutaların biri ilə sığorta hadisəsinin baş verdiyi günə Mərkəzi Bankın müvafiq valyutalar üzrə müəyyən etdiyi rəsmi məzənnələr əsasında hesablanmış çarpaz məzənnə üzrə hesablanır və ödənilir. Bir əmanətçinin bir bankda, o cümlədən bankın yerli filiallarında və şöbələrində bir neçə əmanəti olduqda, yaxud həm milli, həm də xarici valyutada əmanətləri olduqda, onlar toplanır və bir əmanət kimi manatla kompensasiya olunur.
© "Report"

Banklar     Tarix: 28 iyun 2024

Oxşar xəbərlər

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri

22 oktyabrda Nazirlər Kabineti tərəfindən təsdiq olunan "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" ölkənin 2060-cı ilə qədər iqtisadiyyatını necə "yaşıllaşdıracağını" addım-addım göstərir

Kredit ittifaqlarının vəziyyəti pisləşir: Aktivlər, kreditlər və kapital kəskin azalıb

Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqlarının maliyyə göstəricilərində geriləmə davam edir. 2026-cı ilin sentyabr ayının sonuna sektorun aktivləri, kredit portfeli və kapitalı ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətl

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bank sektorunda izafi likvidliyin artmasının biznes kreditləşməsinə tətbiq edilən sərt prudensial tələblərlə əlaqələndirilməsi barədə fikirlərlə razılaşmır. xəbər veri

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum

Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib

Azərbaycan Mərkəzi Bankının 2024–2026-cı illəri əhatə edən Maliyyə Sektorunun İnkişafı Strategiyasında nəzərdə tutulan hədəf və təşəbbüslərin təxminən 85 faizi indiyədək icra olunub. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti


iqtisadi xeberler bu gunun xeberleri internetden pul qazanmaq valyuta kurslari bitcoin qiymeti