Azərbaycanda kartla sadələşdirilmiş pul köçürmələri mümkün olacaq

Azərbaycanda kartla sadələşdirilmiş pul köçürmələri mümkün olacaqMastercard-ın Türkiyə və Azərbaycan üzrə Baş Direktoru Avşar Gürdal və Türkiyə və Azərbaycanda Biznesin İnkişafı üzrə Baş Məsləhətçisi Mehmet Gülezin iştirakı ilə JW Marriott otelində şirkətin ənənəvi illik mətbuat konfransı baş tutub. 
Avşar Gürdal bildirib ki, MasterCard Azərbaycanda ölkə iqtisadiyyatının rəqəmsallaşdırılmasına yönəlmiş layihələr həyata keçirir.
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
"Azərbaycanda 10 milyon əhaliyə 13 milyon bank kartı düşür və hazırda bank kartları ilə ödənişlərin 40%-i ticarətin payına düşür, bunun 60%-i isə elektron ticarətlə bağlıdır. Pandemiya dövru dünyada bir çox proseslərdə dəyişikliklərə səbəb oldu və elektron ticarətin inkişafı da məhz karantin tədbirləri dövründə daha da gücləndi. Biz elektron ticarət sahəsinin daha da böyüyəcəyini proqnozlaşdırırıq və bu əməliyyatların daha da mükəmmələşdirilməsi üçün işləyirik. Qeyd etmək istərdim ki, əldə olunan rəqəmlər həm bazarda formalaşan rəqabət mühitinin, həm də bazar tənzimləyicisinin həyata keçirdiyi tədbirlərin müsbət nəticəsidir. Hazırda dünyada baş verən ödəmələrin sinxronlaşdırılmasına nəzərsə salsaq, Azərbaycanda rəqəmsal iqtisadiyyat üçün böyük potensialın olduğunu qeyd etmək olar. Ümumiyyətlə, Mastercard olaraq Azərbaycandakı fəaliyyətimizin əsas hədəfi hazırda kart ödənişlərinin şəxsi istehlak xərclərində 25 faiz təşkil edən payını davamlı şəkildə artırmaqdır. Hazırda Mastercard Azərbaycanda 4 tərəfdaş bank ilə kartla sadələşdirilmiş pul köçürmələrinin tətbiqi istiqamətində çalışır və yaxın zamanda bu danışıqların nəticələri ictimaiyyətə açıqlanacaq", - deyə Avşar Gürdal qeyd edib.
Öz növbəsində, Mehmet Gülez bildirib ki, hazırda Azərbaycanda nağdsız ödənişlər sahəsində baş verən hadisələri nəzərə alsaq, bu ölkənin artıq nağdsız ödənişlər mərkəzinə çevrildiyini demək olar.
"Azərbaycanda daima yeni-yeni xidmətlər tətbiq edilir və bu da bizim əsas hədəfimizdir. Mastercard olaraq, 2017-ci ildən nağdsız hökumət proqramının əsas iştirakçılarından biriyik və fəaliyyətimizi Azərbaycanın potensia ekosisteminin yaxşılaşdırılması sahəsində  indi də davam etdiririk.  Mövcud potensialı və dünyada baş verən sürətli dəyişiklikləri nəzərə alaraq, Mastercard olaraq, Azərbaycanın bütün bankları və fintekləri ilə aktiv şəkildə işləyirik və hədəfimiz ən müasir maliyyə xidmətlərinin Azərbaycanda geniş yayılmasını təmin etməkdir", - deyə Mehmet Gülez əlavə edib. / marja.az

Banklar     Tarix: 15 dekabr 2022

Oxşar xəbərlər

PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib

PAŞA Bank Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) təşkilatçılığı ilə keçirilən "Mikromaliyyədə İnvestisiya və Dayanıqlı İnkişaf" mövzulu 12-ci AMFA Konfransında iştirak edib. Azərbaycanda mikromaliyyə sektorunu

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin sədri və üzvlərinin vəzifəyə yenidən təyin edilməsi məsələsi səhmdarların müzakirəsinə çıxarılacaq. Bankın 2027-ci il üzrə büdcəsinin və növbəti üç ili əhatə edən strateji planını

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır

Beynəlxalq reytinq agentliyi "Moody"s Ratings" Azərbaycan banklarının kapital və likvidlik ehtiyatlarının kreditləşmənin genişləndirilməsi üçün kifayət qədər olduğunu bildirib. bu barədə reytinq agentliyin

Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var

Azərbaycanda bank sektorunun izafi likvidliyi yüksək səviyyədə qalmaqda davam edir. Bankların mövcud tənzimləyici tələblər nəzərə alındıqdan sonra kreditləşməyə yönəldə biləcəyi sərbəst vəsaitlərinin həcmi 4,6 milyard mana

Azərbaycanda pul bazası 25 milyard manatı ötüb

2026-cı il oktyabrın 30-na Azərbaycanda pul bazasının həcmi 25 milyard 146,1 milyon manata yüksəlib. Bu, sentyabrın sonundakı 24 milyard 817,9 milyon manatla müqayisədə 328,2 milyon manat və ya 1,3% çoxdur. xəbər verir ki

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da

Kinosevərlər üçün bilet almaq daha asan olacaq. Rəqəmsal xidmətləri bir çətir altında birləşdirən Bir ekosistemi Azərbaycanın ən böyük kinoteatr şəbəkələrindən biri CineMastercard ilə yeni əməkdaşlığa başlayır. Tərəfdaşlı

Azərbaycanda kiber risklər üzrə sığorta haqlarının məbləği açıqlanıb

Bu il Azərbaycanda kiber risklər üzrə 231 min 210 manat sığorta haqqı toplanılıb. Bu barədə  Azərbaycan Mərkəzi Bankından bildirilib. VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən. Məlumata görə, indiyə qədər həmi

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand


iqtisadi xeberler dollar mezenne birbank dollarin kursu bu gun bitkoin