Azərbaycanda könüllü və icbari sığorta məhsulları yenidən dizayn ediləcək

Azərbaycanda könüllü və icbari sığorta məhsulları yenidən dizayn ediləcəkXəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti tərəfindən "2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası" təsdiq olunub.
Marja.az xəbər verir ki, Maliyyə sektorunun inkişafı strategiyasına  "Sığorta sektorunun inkişaf strategiyası 2024-2026" da daxildir.
Strategiyanın məqsədləri - Sığorta bazarında etimadın yüksəldilməsi, sığorta təminatının əhatəsinin genişləndirilməsi, vahid məlumat mənbələrinə çıxışın və rəqəmsallaşmanın dəstəklənməsi, sığorta sektorunda müasir korporativ idarəetmə təcrübəsinin və rəqabətliliyin təşviqi, risk əsaslı nəzarətin yaradılması və sığortaçıların maliyyə dayanıqlılığının gücləndirilməsidir.
Sığorta agenti institutunun inkişaf etdirilməsi üçün - peşəkarlığın yüksəldilməsini və ixtisaslaşmanı təşviq edən diferensial lisenziyalaşdıma tələblərinin yaradılması,  ASA ilə birlikdə vasitəçilərin inkişaf proqramlarının həyata keçirilməsi və sığorta agenti peşəsinin təşviqi nəzərdə tutulur. 
Bank-sığorta tərəfdaşlığı modelinin formalaşdırılması üçün - banklarla sığorta şirkətləri arasında səmərəli əməkdaşlıq platformasının yaradılması, bank və sığorta şirkətlərinin yeni sığorta məhsulları və satış metodlarını inkişaf etdirmək məqsədilə məlumatlar bazalarını bölüşməyə təşviq edilməsi planlaşdırılır.
Strategiyada qeyd edilib ki, məqsədlərə nail olmaq üçün - sığorta sinifləri üçün icazələrin alınması prosesinin dəyişdirilməsi, könüllü sığortalar üçün icbari sığorta məhsullarının tamamlayıcı təminat olaraq təşviqi, Həyatın Yaşam Sığortası məhsulunun yenidən dizayn edilməsi, aqrar sığorta sisteminin yenidən dizayn edilməsi, mikrosığorta bazarının yaradılması və inkişaf etdirilməsi, avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuxiyyətinin icbari sığortasına inamın artırılması və bazarın inkişafı üçün hərəkətverici qüvvəyə çevrilməsi, əmlak sığortası məhsulunun yenidən dizayn edilməsi, sərnişinlərin fərdi qəza sığortası məhsulunun yenidən dizaynı, icbari sığorta növləri üzrə yeni icazə mexanizminin tətbiq edilməsi nəzərdə tutulur.
Strategiya sənədinin əhatəli icmalı ilə bu keçiddən istifadə etməklə tanış ola bilərsiniz:
2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası

Banklar     Tarix: 26 yanvar 2024

Oxşar xəbərlər

BOKT-lərin xalis mənfəəti 2,5 dəfədən çox artaraq 153 milyon manatı keçib

Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarının (BOKT) 2026-cı ilin yanvar–sentyabr aylarında xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfədən çox artıb. bank olmayan kredit təşkilatlarını

Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər üzərində işləyir. Bunu AMB-nin Bank Olmayan Kredit Təşkilatların

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

Bankın ali idarəetmə orqanında dəyişiklik planlaşdırılır – Səhmdarları toplanır

"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi planlaşdırılır. xəbər verir ki, bununla bağlı bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı çağırılıb. Yığınca

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların

Bankların xalis mənfəəti 18,8 faiz artıb, lakin depozit və risk xərcləri də yüksəlib

Azərbaycanın bank sektoru 2026-cı ilin yanvar–sentyabr aylarını mənfəətlə başa vurub. Bankların xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 171 milyon 100 min manat və ya 18,8 faiz artaraq 1 milyard 81 milyon 800 mi

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas


iqtisadi xeberler emlak xeberleri bitkoin qiymeti internetden pul qazanmaq investisiya