Azərbaycanda məşhur holdinq reklama görə - MƏHKƏMƏYƏ VERİLDİ
Azərbaycanda fəaliyyət göstərən "MSDIS Holding" məhkəməlik olub.
FED.az xəbər verir ki, şirkət İnzibati Xətalar Məcəsəlləsinin tələblərini pozub.
İXM-nin 428.7.1 maddəsi ilə ittiham olunan "MSDIS Holding" müvafiq icazə, texniki şərtlər pasportu və icazə müqaviləsi olmadan, həmçinin onların tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirib.
Bu maddəyə görə, fiziki şəxslər 300 manatdan 500 manatadək məbləğdə, vəzifəli şəxslər 1500 manatdan 2500 manatadək məbləğdə, hüquqi şəxslər isə 5000 manatdan 10 000 manatadək məbləğdə cərimə edilir.
İşə Nərimanov Rayon Məhkəməsində hakim Xalid Əlisoyun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, iki ildir fəaliyyət göstərən "MSDIS Holding"in baş direktoru Nağıyev Mirfəyyaz Oktay oğludur. Holdinq inşaat, istehsalat və yanacaqdoldurma sektorları üzrə ixtisaslaşıb. Hazırda holdingin tərkibində 5 sahə fəaliyyət göstərir. Bunlar "MS Sement", "MS Kabel" və "MS Oil""MS Asfalt" zavodu, "MS Laminat" və "MS Karyer" sahələridir.
Onu da əlavə edək ki, şirkət bundan öncə 375 min manatlıq vergi borcu ilə gündəmə gəlmiş, daha sonra dövlət qarşısında olan borcunu ödəmişdi (Qafqazinfo).

"İtaliya şirkətlərinin Azərbaycana köçürülməsi üzərində işləyirik"
Mikro və kiçik bizneslərə verilən kreditlər sürətlə artıb
ABA: Bank kartlarının sayına yeni yanaşma mövcud kartlara şamil edilmir
Əhalinin banklara 15 milyard manat borcu var - 1 milyard manata yaxın kredit "batır"
Taleh Kazımov: 2026-cı ilin sonuna Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 6 mlrd. dolları ötəcək
Təyyarə sığortasında 587 min manatlıq ödəniş
Azərbaycan-Oman Birgə İnvestisiya Fondunun "AzərTürk Bank"dan əldə edəcəyi payın həcmi məlum olub
Yanğın və digər risklərdən sığorta üzrə ödənişlər 56% artıb
Azərbaycanda bank müştərilərinin sayı 17 milyona yaxınlaşdı
Məhdudiyyətlər ölkədaxili nağdsız kart ödənişlərinin həcmini azaldıb - 24 milyon manatlıq geriləmə
Az pulla hansı işi qurmaq olar?
İKEA şirkətinin tarixi
Kriptovalyuta nədir?
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt
Hazır biznes, yoxsa sıfırdan qurulan biznes?