Azərbaycanda müddətli əmanətçilərin sayı bir ildə 28% artıb
Bank sektorunda müddətli əmanət yerləşdirən unikal müştərilərin sayı artmaqda davam edir.
Banker.az-ın Azərbaycan Mərkəzi Bankının məlumatları əsasında apardığı hesablamalara görə, 2026-cı ilin iyul ayının sonunda banklarda müddətli əmanəti olan unikal FİN müştərilərinin sayı 223 364 nəfər təşkil edib. Bu, ötən ilin iyul ayı ilə müqayisədə 49 662 nəfər və ya 28,6% çoxdur. 2025-ci ilin iyulunda bu göstərici 173 702 nəfər olub.
Bu dövrdə əhalinin müddətli əmanətlərinin ümumi həcmi də artıb. İyulun sonunda əhalinin banklardakı müddətli əmanətləri 11,34 mlrd manat təşkil edib ki, bu da bir il əvvəlki 9,41 mlrd manatla müqayisədə 20,5% artım deməkdir.
Lakin əmanətçilərin sayının əmanətlərin həcmindən daha sürətli artması bir müştəriyə düşən orta depozit məbləğinin azalmasına səbəb olub. Belə ki, 2025-ci ilin iyulunda bir əmanətçiyə orta hesabla 54 162 manat düşdüyü halda, 2026-cı ilin iyulunda bu göstərici 50 779 manata enib. Beləliklə, orta müddətli əmanət məbləği bir il ərzində 3 383 manat və ya 6,2% azalıb.
Unikal FİN – bank sistemində bir şəxsin neçə bankda və ya neçə müddətli əmanəti olmasından asılı olmayaraq, o statistikada yalnız bir dəfə nəzərə alınır.


Google yeni süni intellekt modelini təqdim etdi – Mətnlə virtual dünyalar yaratmaq mümkün olacaq
Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
Vəzifəli şəxslərə dövlət və bələdiyyə əmlakından istifadə, reklam fəaliyyəti ilə bağlı məhdudiyyətlər qoyulacaq
"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır
"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir
Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
Bitcoin nədir?
SWIFT nədir?
ZARA-nın uğur hekayəsi
Dünyanın ən dəyərli avtomobil şirkətləri
Elon Musk kimdir?