Azərbaycanda müəssisələr üçün özünüqiymətləndirmə platforması - YARADILIB
İstehsal və emal sahəsində fəaliyyət göstərən müəssisələr üçün resurs səmərəliliyinin və qənaətli istehsalın ölçülməsinə dəstək məqsədilə özünüqiymətləndirmə platforması yaradılıb.
Bu barədə FED.az-a Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) məlumat verilib.
Buildirilir ki, bu platforma vasitəsilə müəssisələr fəaliyyətlərinin ətraf mühitə təsirini, su və enerji istifadəsinin səmərəliliyini, tullantıların "yaşıl idarəetməsi"ni onlayn formada qiymətləndirə bilərlər. Müəssisə tərəfindən platformaya daxil edilən məlumatlar əsasında qabaqcıl beynəlxalq təcrübəyə uyğun metodologiya ilə müəssisənin səmərəliliyi ölçülür və təkmilləşdirilməsi üçün zəruri tövsiyələr verilir.
Platforma Avropa İttifaqının "EU4Envinroment" proqramı çərçivəsində KOBİA-nın və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) təşəbbüsü ilə yaradılıb.
Müəssisələr aşağıdakı linkə daxil olmaqla resurs səmərəliliyi və qənaətli istehsal üzrə özünü qiymətləndirə bilər:

"İtaliya şirkətlərinin Azərbaycana köçürülməsi üzərində işləyirik"
Mikro və kiçik bizneslərə verilən kreditlər sürətlə artıb
ABA: Bank kartlarının sayına yeni yanaşma mövcud kartlara şamil edilmir
Əhalinin banklara 15 milyard manat borcu var - 1 milyard manata yaxın kredit "batır"
Taleh Kazımov: 2026-cı ilin sonuna Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 6 mlrd. dolları ötəcək
Təyyarə sığortasında 587 min manatlıq ödəniş
Azərbaycan-Oman Birgə İnvestisiya Fondunun "AzərTürk Bank"dan əldə edəcəyi payın həcmi məlum olub
Yanğın və digər risklərdən sığorta üzrə ödənişlər 56% artıb
Azərbaycanda bank müştərilərinin sayı 17 milyona yaxınlaşdı
Məhdudiyyətlər ölkədaxili nağdsız kart ödənişlərinin həcmini azaldıb - 24 milyon manatlıq geriləmə
Az pulla hansı işi qurmaq olar?
İKEA şirkətinin tarixi
Kriptovalyuta nədir?
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt
Hazır biznes, yoxsa sıfırdan qurulan biznes?