Azərbaycanda ödəniş və elektron pul təşkilatları kredit verə biləcək

Azərbaycanda ödəniş və elektron pul təşkilatları kredit verə biləcəkAzərbaycanda ödəniş və elektron pul təşkilatları onların xidmətlərindən istifadə edən şəxslərə kredit verə biləcək.
Bu, Azərbaycan Mərkəzi Bankının (AMB) Kollegiyasının təsdiqlədiyi "Ödəniş təşkilatları və elektron pul təşkilatları tərəfindən fəaliyyətin təşkili və həyata keçirilməsi Qaydası"nda öz əksini tapıb.
Qərarə əsasən, ödəniş təşkilatları krediti bir ödəniş əməliyyatı üzrə 50 manatdan çox olmamaqla yalnız milli valyutada 2 aydan çox olmayan müddətə verəcək və alınan kredit tam geri qaytarılmayana qədə həmin ödəniş xidməti istifadəçisinə yeni kredit verilməyəcək. Həmçinin, təşkilat, məcmu kapitalı Qayda ilə müəyyən edilən tələblərdən aşağı olduqda kredit verə bilməyəcək.
Yeri gəlmiçkən, ödəniş təşkilatının verdiyi kreditlərin ümumi məbləği onun məcmu kapitalının 10%-dən çox ola bilməz, eləcə də kredit verildiyi tarixdən 2 ay ərzində qaytarılmadıqda ümidsiz aktiv hesab ediləcək, belə kreditlərin məbləği verilmiş kreditlərin ümumi məbləğinin 10%-ni aşdıqda təşkilat kredit verməyəcək.
Ödəniş xidməti istifadəçilərinə verilən kreditlər yalnız təşkilatın öz vəsaitləri hesabına maliyyələşdiriləcək. Təşkilat ödəniş xidməti istifadəçilərindən qəbul edilən vəsait hesabına kredit verə bilməyəcək. Təşkilat verilmiş kreditlər barədə hesabatı aylıq əsasda növbəti ayın ilk 5 iş günündən gec olmayaraq bu Qaydaya uyğun olaraq AMB-yə təqdim edəcək.
Bundan başqa, təşkilata ödəniş sərəncamının icrası üçün valyuta mübadiləsi fəaliyyətini həyata keçirmək hüququ verilib. Bu zaman valyuta mübadiləsi əməliyyatı ödəniş sərəncamının icrası ilə eyni vaxtda aparılmalı, ödəniş sərəncamının məbləğindən çox olmamalıdır.
Təşkilatlar istifadəçilərin ölkədaxili ödəniş əməliyyatları üzrə valyuta mübadiləsi əməliyyatı həyata keçirə bilməz. Bu fəaliyyət həyata keçirilərkən "Valyuta tənzimi haqqında" qanuna və ona uyğun olaraq qəbul olunan normativ xarakterli aktların tələblərinə əməl edilməlidir.
Təşkilat valyuta əməliyyatları barədə hesabatı aylıq əsasda növbəti ayın ilk 5 iş günündən gec olmayaraq bu Qaydaya uyğun olaraq AMB-yə təqdim etməlidir. / banker.az

Banklar     Tarix: 24 yanvar 2024

Oxşar xəbərlər

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bank sektorunda izafi likvidliyin artmasının biznes kreditləşməsinə tətbiq edilən sərt prudensial tələblərlə əlaqələndirilməsi barədə fikirlərlə razılaşmır. xəbər veri

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin sədri və üzvlərinin vəzifəyə yenidən təyin edilməsi məsələsi səhmdarların müzakirəsinə çıxarılacaq. Bankın 2027-ci il üzrə büdcəsinin və növbəti üç ili əhatə edən strateji planını

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

BOKT-lərin xalis mənfəəti 2,5 dəfədən çox artaraq 153 milyon manatı keçib

Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarının (BOKT) 2026-cı ilin yanvar–sentyabr aylarında xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfədən çox artıb. bank olmayan kredit təşkilatlarını


iqtisadi xeberler emlak xeberleri bitkoin qiymeti internetden pul qazanmaq investisiya