Azərbaycanda orta ipoteka kreditləri faizləri son 5 ilin maksimumuna yüksəlib

Azərbaycanda orta ipoteka kreditləri faizləri son 5 ilin maksimumuna yüksəlibAzərbaycanda ipoteka kreditlərinin orta faizləri 2020-ci ilin noyabrından bəri maksimal səviyyə olan 6.39%-ə yüksəlib.
Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının statistik bülletenində bildirilir.
İpoteka faizləri 2020-ci ilə qədər 7%-ə yaxın ərazidə olsa da, həmin tarixdən 2022-ci ilin yayına qədər sürətlə enərək 6.31%-ə düşmüşdü. 2022–2023-cü illərdə ipoteka kreditlərinin aylıq həcmləri də artan xətlə yüksəlməkdə idi. Həmin tarixdən bu günə qədər isə Azərbaycan Mərkəzi Bankının sərt monetar siyasəti şəraitində ipoteka faizləri yüksəlib. Bu artımı dəstəkləyən təkcə uçot faiz dərəcəsi deyil, həmçinin məcburi ehtiyat normaları üzrə faizlərin sərtləşdirilməsi də təsir edib.
Həcmlərə gəldikdə isə, 2025-ci ilin yanvar–noyabr dövründə banklar tərəfindən 393.3 mln. manat ipoteka krediti verilib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 0.7% azdır. İpoteka və Kredit Zəmanəti Fondu tərəfindən yenidən maliyyələşdirilmiş ipoteka kreditləri isə illik müqayisədə 4.7% azalaraq 399.3 mln. manat təşkil edib.
Azərbaycanda orta ipoteka kreditləri faizləri son 5 ilin maksimumuna yüksəlibBununla yanaşı, dövlət büdcəsindən İpoteka və Kredit Zəmanəti Fonduna ayrılmış vəsait 2025-ci ilin ilk 11 ayında 85 mln. manat olub ki, bu da bir il əvvəllə müqayisədə 3.1% azalma deməkdir. Fondun yerləşdirdiyi istiqrazların həcmi isə əvvəlki illə eyni olaraq 550 mln. manat səviyyəsində qalıb və bazarda maliyyə dəstəyinin stabil saxlanıldığını göstərir.
Hazırda ölkədə daxili ipoteka kreditlərinin payı əvvəlki illə müqayisədə nisbətən yüksəkdir. Bankların daxili ipoteka kreditlərinin verilməsində əvvəlki illərdə olduğu kimi maraqlı olmamaları faizlərin yuxarı istiqamətdə artmasına dəstək verir.
Azərbaycanda orta ipoteka kreditləri faizləri son 5 ilin maksimumuna yüksəlibBunu ölkədəki ümumi ipoteka kreditləri portfelində də görmək mümkündür. Məsələn, 1 oktyabr tarixinə 4 mlrd. 548.22 mln. manat təşkil edən ümumi portfel noyabrın əvvəlinə cüzi də olsa azalaraq 4 mlrd. 458.02 mln. manata düşüb. Bu, pandemiya dövründən sonra müşahidə edilən ilk azalmadır. Ümumilikdə, son iki ildə bu kreditlərdə dinamika daha zəif olub.
Mərkəzi Bankın mövzu ilə bağlı şərhi
AMB-nin may ayında təqdim etdiyi sorğuya əsasən, banklar növbəti rübdə ümumi ipoteka kreditləri, o cümlədən İKZF hesabına verilən kreditlər üzrə kredit standartlarında dəyişiklik olmayacağını gözləyirdilər.
Sorğu nəticələrinə görə, 2025-ci ilin I rübündə ümumi ipoteka kreditləri üzrə tələbdə artım trendi davam edib. Respondentlərin cavablarına əsasən, tələbdəki artım əsasən İKZF hesabına verilən ipoteka kreditləri üzrə müşahidə olunub. Cari ilin I rübündə tələbin artmasına təsir göstərən əsas faktor ilin əvvəlində İKZF tərəfindən ipoteka kreditləşməsi prosesinin davam etdirilməsi məqsədilə müvəkkil banklara, o cümlədən güzəştli ipoteka kreditlərinin verilməsi üçün limitlərin ayrılması olub.
Banklar növbəti rübdə İKZF hesabına verilən ipoteka kreditləri üzrə tələbdə artım trendinin davam edəcəyini, daxili ipoteka kreditlərində isə tələbdə dəyişiklik olmayacağını bildiriblər.

Banklar     Tarix: 29 dekabr 2025

Oxşar xəbərlər

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

500 000 AZN-dək nağd pul elə indi əlçatandır

Həyatda elə anlar olur ki, böyük addımlar atmaq üçün güclü maliyyə dəstəyi lazımdır. Xəyalınızdakı evi almaq, uzun müddətdir təxirə saldığınız əsaslı təmiri başlamaq və ya biznesinizi tamamilə yeni səviyyəyə qaldırmaq… Amm

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

Bank of Baku-dan növbəti ağacəkmə aksiyasını təşkil etdi

"Hər ağac təbiətə dəyər, insanlığa nəfəsdir" – ekoloji təşəbbüslərə xüsusi əhəmiyyət verən Bank of Baku növbəti dəfə həyata keçirdiyi ağacəkmə aksiyasında bu mesajı vurğulayıb. Bank of Baku-nun təşəbbüsü,  Ekologiy

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

"Fitch Solutions": Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini bu il 6%-ə kimi endirəcək

Azərbaycanda uçot dərəcəsi 2026-cı ilin sonunda 6%-ə, 2027-ci ilin sonunda 5,88%-ə, 2028-ci ilin sonunda 5,44%-ə kimi enəcək, 2029-cu ilin sonunda isə 5,66% təşkil edəcək. Bu barədə "Fitch Group"a daxil olan "Fitc

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni "İşğalda

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı


iqtisadi xeberler pul qazanmaq biznes krediti bitcoin internetden pul qazanmaq