Azərbaycanda orta və kiçik sahibkarlara verilən kreditlər azalıb

Azərbaycanda orta və kiçik sahibkarlara verilən kreditlər azalıbAzərbaycanda son 1 il 8 ayda mikro sahibkarlara verilən kreditlər 33 % artdığı halda, orta sahibkarlara verilən kreditlər 27 %, kiçik sahibkarlığa verilən kreditlər isə 12 % azalıb.
Bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Bakıda keçirilən "Dayanıqlı Mikromaliyyə üçün İnnovativ Həllər" mövzusunda Azərbaycan Mikromaliyyə Konfransında bildirib.
Kredit lazımdır? Sərfəli krediti seçməyə biz sizə kömək edərik
"Bu statistika onu göstəririr ki, bank və bank olmayan kredit təşkilatları KOB-ların maliyyələşməsinə və regionların kreditləşməsinə dair müəyyən addımlar atmalıdır. Regionlara yönəlik fəaliyyətin genişləndirlməsi üçün yeni filialların yaradılmasına da ehtiyac var", – deyə o qeyd edib.
"Biz KOBİA olaraq, yeni alətlərin tətbiqi məqsədilə İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu ilə birgə kiçik məbləğıi güzəştli kreditə ehtiyacı olan sahibkarlara münasibətdə yeni mexanizmin tətbiqinə başlamışıq. Bu mexanizm çərçivəsində sahibkarlara 5,7 milyon manatlıq 914 bildiriş verilib. Bunlardan 3 milyon manatlıq 514 bildiriş məhz bu ilin 9 ayında təqdim olunub. Bu mexanizm həm regionlarda maliyyə əlçatanlığını asanlaşdıracaq, həm də banklar üçün risk amilinin azaldılmasına ciddi dəstək verəcək", – deyə sədr əlavə edib.
"Bundan əlavə olaraq KOBİA təhsil, elm, tədqiqat və dəstək layihələri üçün qrant da ayırır. İndiyə qədər 100-ə yaxın belə layihəyə 1,4 milyon manat qrant verilib. Eyni zamanda, sahibkarlıq fəaliyyətində innovasiyaların təşviqi məqdədilə startap sertifikatları təqdim olunub", – deyə O.Məmmədov vurğulayıb. / banker.az

Banklar     Tarix: 23 oktyabr 2024

Oxşar xəbərlər

Mərkəzi Bankı faiz qərarını açıqladı

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə faiz dəhlizinin bütün parametrləri dəyişməz saxlanılıb. Bu -ın analitiklərinin ötən gün gözlədiyi proqnozla üst-üstə düşür. Faiz dəhlizi ilə bağlı qərar qəbul olunarkə

Birbank-dan onlayn nağd kredit rəsmiləşdirin, 1000 bonus qazanmaq şansı əldə edin

Ölkənin ilk rəqəmsal bankı Birbank, müştərilərini sevindirməyə davam edir. İndi nağd krediti onlayn əldə etmək yalnız vaxta qənaət deyil, həm də minlərlə bonus qazanmaq fürsətidir. Birbank-ın 1 may-16 iyun tarixlərini əhat

Bankların komissiyadan gəlirləri ilk rübdə 105 mln. manatı keçib

Azərbaycan bankları 2026-cı ilin ilk rübündə komissiyadan 105.1 mln. manat gəlir əldə ediblər. bunu Mərkəzi Banka istinadən xəbər verir. Bu da illik müqayisədə komissiya gəlirlərinin 15% artımı deməkdir. Ötən ilin eyni dövründ

Mərkəzi Bank valyuta əməliyyatlarının aparılması qaydalarında dəyişiklik edib

Azərbaycan Mərkəzi Bankı rezident və qeyri-rezidentlərin valyuta əməliyyatlarının aparılması qaydalarında dəyişiklik edib. Dəyişikliklər əsasən xaricə edilən avans ödənişləri ilə bağlı tələbləri əhatə edir. xəbər verir ki

Bank Respublika "Güzəştli kreditlərin təqdim olunmasında ən fəal bank" seçildi

Bank Respublika Aqrobiznesin İnkişafı Forumunda növbəti dəfə mükafata layiq görüldü!. Bakıda "Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) v

Yelo Invest ilə PAŞA Bank-ın səhmdarı ol

İnvestisiya dünyasının ən son yeniliklərini müştərilərinə çatdıran Yelo Bank, ölkənin maliyyə bazarında baş verən tarixi hadisəyə – PAŞA Bank-ın İlkin Kütləvi Təklif (IPO) prosesinə qoşulub. Artıq investorlar Yelo Inves

"Bank BTB"nin aktiv və öhdəliklərinin ABB-yə ötürülməsi iyunda yekunlaşacaq

Gələn ayın sonuna qədər "Bank BTB" ASC-nin aktivlərinin və öhdəliklərinin "Azərbaycan Beynəlxalq Bankı" ASC-yə (ABB) ötürülməsi yekunlaşdırılacaq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımo

"İdeal Kredit" BOKT-da rekord artım: Aktivlər, kreditlər və kapital yüksəlib

BOKT "İdeal Kredit" MMC 2025-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb. Şirkətin nəticələri həm maliyyə dayanıqlığının, həm də davamlı inkişaf strategiyasının uğurla icra olunduğunu nümayiş etdirir. Təşkilatı

Mərkəzi Bank: Lombardlarla bağlı normativ-hüquqi baza razılaşdırılır

Azərbaycanda lombardlarla bağlı normativ-hüquqi baza razılaşdırma mərhələsindədir. Bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bu gün keçirdiyi mətbuat konfransında bildirib. "Bu sektora da tənzimləmə gətiriləcək


iqtisadi xeberler dollarin kursu bu gun biznes krediti valyuta kurslari dollar manat kursu