Azərbaycanda pul bazası genişləndi
Azərbaycanda Mərkəzi Bankın "pul sovuran maşınını" işə salmasına baxmayaraq, ölkədə pul kütləsi genişlənməkdədir.
Banker.az xəbər verir ki, 2022-ci ilin sonuna (31 dekabr) ölkədə pul bazasının həcmi 17 milyard 460.3 milyon manat təşkil edib.
Bu da son bir ayda 752 milyon manat, yaxud 4.5% artım olmasına rəğmən 2022-ci ilin əvvəli ilə müqayisədə 477 milyon manat, yaxud 3% aşağıdır.
Pul bazası – pul kütləsini yaratmaq üçün Azərbaycan Mərkəzi Bankının istifadə edilə bilən öhdəliklərinin məcmusudur. Bura dövriyyədə olan pul vəsaitləri, habelə Mərkəzi Bankın kredit təşkilatları qarşısında olan öhdəlikləri daxildir.
Pul bazasının genişlənməsi iqtisadiyyat üçün stimul yarada bilir, lakin indiki iki rəqəmli inflyasiya zamanı üçün bir o qədər də məqbul sayılmır. Çünki pul bazasının genişlənməsi inflyasiya üçün əlavə təziyiqdir.
Yeri gəlmişkən, AMB ötən ay 1 mlrd. 027 mln. Dollar ekvivalentində valyuta alıb, əvəzində bazara manat buraxıb.
Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankı ötən rübdə pul siyasətində manatın dəyərdən düşməsinin (inflyasiya) qarşısını almaq üçün sərt alətlərdən istifadəni gücləndirib. Bazara təsirsiz olan faizləri qaldırmaqla bərabər bankların ehtiyat normalarının faizlərini qaldırmsaqla 1 mlrd. manat ekvivalenti üzərində depoziti Mərkəzi Bankda məcburi qoymaq qaydasını tətbiq edir.
Pul bazasına təsir edən digər bir alət isə açıq bazar əməliyyatı – not hərraclarının "aqressiv" olaraq hər həftədə 120 mln. olmaqla bazardan yığır.

Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
2026-ci ilin TOP-5 onlayn biznes ideyası
Onlayn biznes ideyaları
Dünyanın ən varlı 10 müğənnisi
Françayzinq nədir və necə olur?
İlon Mask kimdir?