Azərbaycanda statistikanın inkişafı üçün xarici təcrübədən istifadə ediləcək
Dövlət Statistika Komitəsinin sədri Yusif Yusifov Bakıda keçirilən III Beynəlxalq Statistika Forumu ilə bağlı jurnalistlərə açıqlama verib.
Biznes.az xəbər verir ki, o, forumda edilən təqdimatların, çıxışların faydalı olduğunu vurğulayıb:
"Bu məlumatlar, innovasiyalarla bağlı həyata keçirilmiş islahatlarla əlaqədar ölkə təcrübələrinin bölüşülməsi, Azərbaycan üçün qarşıda duran məsələlər, o cümlədən dayanıqlı inkişaf məqsədləri (DİM) üzrə statistikanın hazırlanması kimi məsələlərdə çox faydalıdır. Biz materialları əldə etmişik. Digər ölkələrdən olan təcrübələrlə də ətraflı tanış olacağıq".
Sədr, həmçinin 10 beynəlxalq təşkilatın nümayəndəsi, o cümlədən BMT-nin Avropa iqtisadi komissiyasının statistika şöbəsinin direktoru, eləcə də Dünya Bankının beynəlxalq müqayisələr proqramının rəhbərinin iştirakını vurğulayaraq bildirib:
"Onların da hazırladığı metedoloji materiallar təqdim olundu və həmin materiallardan da Azərbaycanda statistikanın daha da inkişaf etdirilməsi zamanı istifadə olunacaq".

EİB, IFC və OeEB "Bank Respublika"nın imtiyazlı səhmlərini əldə etdiklərini təsdiqləyiblər
Fuad Əbdürrəhmanov "Xalq Əmanəti" layihəsinin 27-ci nəşrində
ABB səhmləri rekord vurdu – 37 qəpiyə yüksəldi
PAŞA Bankın təşkilatçılığı ilə Azərbaycanın yerli investisiya layihələrinin maliyyələşdirilməsi imkanları müzakirə edilib
Trendyol COP31-də dayanıqlılıq və sosial təsir sahəsindəki fəaliyyətini - TƏQDİM EDİB
Süd vəzi xərçəngindən sığortalanmaq mümkündür
Bank olmayan kredit təşkilatına lisenziya verilib
"Hermes" lizinqdən sonra kredit bazarına daxil olur – Yeni BOKT lisenziya aldı
AccessBank QSC WEB Application Firewall üzrə tender elan edir ®
Taleh Tahirli "ABB DAVR"ın Müşahidə Şurasının sədri oldu
Shopify-da necə satışa başlamaq olar?
Ən çox gəlir gətirən onlayn bizneslər
Hazır bizneslərdə ən çox edilən 5 səhv
Biznes qurmaq üçün nə lazımdır?
Digital Card nədir?