Azərbaycandakı investisiya şirkətlərinin məcmu xalis mənfəəti - 26% ARTIB
Azərbaycan Mərkəzi Bankından yenicə lisenziya almış "Troni" istisna olmaqla, ölkənin qiymətli kağızlar bazarında fəaliyyət göstərən 11 investisiya şirkətinin 2021-ci ildə məcmu xalis mənfəəti 7,753 milyon manat təşkil edib.
FED.az xəbər verir ki, bu, 2020-ci illə müqayisədə 25,7% çoxdur.
İnvestisiya şirkətlərindən 2-si – "MFX-Trading" və "Plato Capital and Co." ötən ili zərərlə başa vurub. Hesabat dövründə 1-cinin zərəri artıb, 2-cinin zərəri isə azalıb. 2021-ci ildən mənfəətlə çıxmış qalan 9 maliyyə qurumundan isə 1-i – "ABB-İnvest" 2020-ci ildən zərərlə çıxdığı, 1-i – "CPM-İnvest" isə bazara ötən il daxil olduğu üçün onların mənfəətinin/zərərinin dinamikasını hesablamaq mümkün olmayıb. Həm ötən ili, həm də əvvəlki ili mənfəətlə başa vurmuş 7 investisiya şirkətindən isə 2-si – "BTB Kapital" və "PAŞA Kapital" mənfəətini azaldıb, qalanları isə artırıb.
Ötən il investisiya şirkətlərinin vergiyəqədərki mənfəəti 9,748 milyon manat olub ki, bu da əvvəlki ilə nisbətən 23,9% çoxdur. Maliyyə qurumlarının ayrı-ayrılıqda vergiyəqədərki mənfəətlə bağlı vəziyyəti xalis mənfəətdə olduğu kimidir.
2021-ci ildə investisiya şirkətlərinin məcmu mənfəət vergisi ödəmələri isə 1,992 milyon manat təşkil edib. Bu da illik müqayisədə 17,5% çoxdur. İnvestisiya şirkətlərindən 2-si – "MFX-Trading" və "Plato Capital and Co." ötən ili zərərlə başa vurduqları üçün vergi ödəməyiblər. 2021-ci ildə vergi ödəmiş qalan 9 maliyyə qurumundan 1-i "ABB-İnvest" 2020-ci ildə vergi ödəmələrinə qənaət etdiyi, 1-i – "CPM İnvest" isə bazara ötən il daxil olduğu üçün onların vergi ödəmələrinin dinamikasını hesablamaq mümkün olmayıb. Həm ötən il, həm də əvvəlki il vergi ödəmiş 7 investisiya şirkətindən 3-ü - "BTB Kapital", "İnvest-AZ" və "PAŞA Kapital" vergi ödəmələrini azaldıb, qalanları isə artırıb. (Report)
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.

BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı
ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq
"Bitcoin" 74 min dollardan aşağı düşüb - SON QİYMƏT
FINCA Azerbaijan "Heyva Festivalı"nda yerli sahibkarlarla bir araya gəlib - FOTOLAR
Milyonlar qazandıran qəribə biznes ideyaları
Kriptovalyuta məzənnəsi necə analiz olunur?
Necə Bitcoin almaq olar?
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət
Birbank xidmətinə necə qoşulmaq olar?