Azərbaycandan daha çox valyuta çıxmağa başlayıb - İDXAL ARTIB, İXRAC AZALIB, SALDO KİÇİLİB

Azərbaycandan daha çox valyuta çıxmağa başlayıb - İDXAL ARTIB, İXRAC AZALIB, SALDO KİÇİLİB2023-cü ilin 8 ayında (yanvar-avqust) Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 35 milyard 505 milyon 182 min ABŞ dolları, o cümlədən ixrac 24 milyard 354 milyon 572 min dollar, idxal 11 milyard 150 milyon 610 min dollar təşkil edib. Saldo müsbət 13 milyard 203 milyon 962 min dollar olub.
Bu barədə Marja.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Müqayisə üçün qeyd edək ki, 2022-ci ilin 8 ayında Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 35 milyard 112 milyon 990 min ABŞ dolları, o cümlədən ixrac 26 milyard 244 milyon 574 min dollar,  idxal 8 milyard 868 milyon 416 min dollar, saldo müsbət 17 milyard 376 milyon 157 min dollar olmuşdu.
Beləliklə, Azərbaycanın ixracının dəyərinin azalması, idxalının dəyərinin isə artması ilə əlaqədar olaraq xarici ticarət əməliyyatlarının həcmi, o cümlədən saldosu azalıb.
Azərbaycanın ixracı 7,2 % azalıb, idxal isə 25,7 % artıb. Son nəticədə xarici ticarət müsbət saldosu 24 % düşüb.

Maliyyə     Tarix: 15 sentyabr 2023

Oxşar xəbərlər

Avropa Mərkəzi Bankı sentyabrda faiz dərəcəsini artıra bilər

Cümə axşamı əsas faiz dərəcəsini dəyişmədən saxlayan Avropa Mərkəzi Bankı (AMB) iqtisadi və geosiyasi proseslərin inkişafından asılı olaraq sentyabrda faiz artımına gedə bilər. Marja xəbər verir ki, məsələyə yaxın mənbələri

ABŞ-də FED-in izlədiyi əsas inflyasiya göstəricisi açıqlandı

ABŞ Mərkəzi Bankının (FED) pul siyasəti qərarları üçün yaxından izlədiyi baza şəxsi istehlak xərcləri qiymət indeksi (baza PCE) üzrə iyul göstəriciləri açıqlanıb. . Ərzaq və enerji kimi dəyişkən komponentləri nəzərə almaya

Ərazilərin minalardan təmizlənməsinə ötən il 74,8 milyon manat xərclənib

Ötən il azad olunmuş ərazilərin minalardan təmizlənməsinə xərclənən vəsait açıqlanıb. Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbayca

Azərbaycanın nar şirəsi Dominikana ixrac olunur

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu "Azexport" portalının dəstəyi ilə Karib hövzəsi ölkələrinə növbəti ixrac əməliyyatı uğurla həyata keçirilib. Mərkəzin yaydığı məlumatd

Dövlət Vergi Xidməti süni intellektə keçir, məktubları artıq süni intellekt emal edir

Dövlət Vergi Xidməti (DVX) süni intellekt və məlumat analitikası texnologiyalarının tətbiqini genişləndirir. Hazırda qurumda sənəd dövriyyəsi, proqram təminatının test edilməsi, ƏDV geri al sisteminin emalı və digər istiqamətlərd

Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 1 milyard 130 milyon 813,6 min dollar dəyərində yeyinti məhsulları idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 1 milyard 64 milyon 125,9 min dollar idi. Yeyinti məhsullar

Alıcılara 8 ayda 169 milyon manatdan çox ƏDV qaytarılıb

2026-cı ilin yanvar – avqust ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisn

Azərbaycan iqtisadiyyatı 21 ildə 3,8 dəfə böyüyüb

Azərbaycanın ümumi daxili məhsulu 2003–2024-cü illər ərzində real ifadədə 3,8 dəfə artıb. xəbər verir ki, göstəricilər "Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027–2029-cu illə

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®

 İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 17–21 avqust həftəsində qlobal maliyyə bazarlarının əsas istiqamətveric


iqtisadi xeberler internetden pul qazanmaq bitcoin iqtisadiyyat xeberleri bitkoin