Azərbaycandan yumurtaların Rusiyaya daşınması davam edir - 1,8 milyon ədədə çatıb
Azərbaycan Rusiyaya yumurtanın növbəti partiyasını tədarük edib.
"Marja.az" "Rosselxoznadzor"a istinadən xəbər verir ki, yük daxil olduqdan sonra ərzaq məhsullarının keyfiyyətini və təhlükəsizliyini təmin etmək üçün müvəqqəti saxlama anbarında nümunə götürülüb.
Bu dəfə Rusiyaya həcmi 18,63 ton olmaqla 306 min ədəd yumurta göndərilib.
Ümumilikdə, Azərbaycandan Rusiyaya 1,8 milyon ədəd yumurta idxal edilib.
Qeyd edək ki, Azərbaycandan yumurtanın 36 ton (612 min ədəd) həcmində ilk tədarükü dekabrın 19-da baş tutub. Yumurta ixracı barədə qərar 2023-cü ilin noyabrında "Rosselxoznadzor"un rəhbəri Sergey Dankvert və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli arasında aparılan danışıqların nəticələrinə əsasən qəbul edilib.

Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR
Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR
Yeni yaradılan şirkətin sərmayəsindən – 3,4 MİLYON GÖTÜRÜLÜR
Əli Əsədov: Azərbaycan Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb
"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib
Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir
Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"
Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib
İban nədir?
Dünyanın TOP-5 bahalı geyim şirkətləri
SWIFT nədir?
Marketinq nə demədir?
CV hazırlayarkən buraxılan 5 səhv