Azərbaycanın bank sektorunda süni intellekt infrastrukturunun inkişafına doğru mühüm addım

Azərbaycanın bank sektorunda süni intellekt infrastrukturunun inkişafına doğru mühüm addım®Ölkəmizdə süni intellekt infrastrukturunu inkişaf etdirən ABB "Dell PowerEdge XE9780" platforması əsasında çalışan və "8x NVIDIA HGX B200 GPU" ilə təchiz olunmuş yüksək performanslı AI serverinin məlumat mərkəzində quraşdırılmasını uğurla başa çatdırıb. 
Bu texniki imkan, xüsusilə həssas məlumatları ölkə xaricinə çıxarmadan böyük dil modelləri (LLM), AI agentləri, inferens və model təlimi də daxil olmaqla genişmiqyaslı süni intellekt layihələrini yerli infrastruktur üzərində icra etməyə şərait yaradır. 
"NVIDIA Blackwell" arxitekturası əsasında qurulmuş "B200 GPU"-lar yüksək performans və genişmiqyaslı yaddaş ötürmə qabiliyyətinə malikdir. Sistem "16x E3.s NVMe" sürətli yaddaş, çoxnüvəli "Intel Xeon 6" prosessorlar və yüksəksürətli şəbəkə infrastrukturu ilə tamamlanıb.
Bu serverlərdən daha çox böyük dil modellərinin (LLM) və digər süni intellekt modellərinin öyrədilməsində, hazır modellərin işlədilməsində, məsələn, çatbot, səsli köməkçi, sənəd analizi, OCR, risk və fraud aşkarlanması, çox böyük data emalı və paralel hesablamalarda, bəzi hallarda klassik yüksək performanslı hesablama (HPC) işlərində istifadə olunur.
Qeyd edək ki, ABB hazırda 86-dan çox istifadəçi təcrübəsi üzrə 180-dan artıq süni intellekt modeli tətbiq edir. Bu modellər ABB üçün 50 milyon AZN-dən çox müsbət maliyyə təsiri yaradıb. 
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsi , 937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür. / banker.az

Banklar     Tarix: 21 avqust 2026

Oxşar xəbərlər

500 000 AZN-dək nağd pul elə indi əlçatandır

Həyatda elə anlar olur ki, böyük addımlar atmaq üçün güclü maliyyə dəstəyi lazımdır. Xəyalınızdakı evi almaq, uzun müddətdir təxirə saldığınız əsaslı təmiri başlamaq və ya biznesinizi tamamilə yeni səviyyəyə qaldırmaq… Amm

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

"Fitch Solutions": Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini bu il 6%-ə kimi endirəcək

Azərbaycanda uçot dərəcəsi 2026-cı ilin sonunda 6%-ə, 2027-ci ilin sonunda 5,88%-ə, 2028-ci ilin sonunda 5,44%-ə kimi enəcək, 2029-cu ilin sonunda isə 5,66% təşkil edəcək. Bu barədə "Fitch Group"a daxil olan "Fitc

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Bir ekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələri genişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını və əmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib

Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®

Bu xəstəliklə mübarizədə erkən diaqnostika və vaxtında müalicə mühüm rol oynayır. Çünki süd vəzi xərçəngi dünyada qadınlar arasında ən geniş yayılmış onkoloji xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı süd vəzi xərçəngini müasi

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

ABB 26 oktyabrdan istiqraz emissiyasının növbəti mərhələsinə start verib. Bu mərhələdə Bank kapital bazarına 8-ci və 9-cu istiqraz buraxılışlarını təqdim edir. Emissiyanın ümumi həcmi 15 00 00 AZN-dir. İstiqrazların nomina

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bank sektorunda izafi likvidliyin artmasının biznes kreditləşməsinə tətbiq edilən sərt prudensial tələblərlə əlaqələndirilməsi barədə fikirlərlə razılaşmır. xəbər veri

Azərbaycanda kredit kartları üzrə faizlər 27%-ə çatıb – Avtomobil kreditləri də bahalaşıb

Banklarda ən bahalı və ən ucuz kreditlər məlum oldu. Azərbaycanda bankların istehlak kreditləri üzrə orta faiz dərəcələrində fərqli istiqamətlərdə dəyişikliklər qeydə alınıb. Kredit kartları və avtomobil kreditləri üzrə faizlə


iqtisadi xeberler dollarin kursu bu gun dollar manat kursu internetden pul qazanmaq investisiya