Azərbaycanın bank sektorunun son maliyyə vəziyyəti AÇIQLANDI

Azərbaycanın bank sektorunun son maliyyə vəziyyəti AÇIQLANDI31 iyul 2023-cü il tarixində fəaliyyətdə olan bankların cəmi aktivləri 44 milyard 880.3 milyon manat, cəmi öhdəlikləri 39 milyard 14.2 milyon manat, balans kapitalı 5 milyard 839.1 milyon manat olmuşdur. 
Marja.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın aylıq hesabatında bildirilir.
Qeyd edilib ki, iyul ayında bankların kredit portfeli 0.4% və ya 75.8 milyon manat artaraq 21 milyard 372 milyon manat olmuşdur.
Kredit portfelinin strukturu:
ı) biznes kreditləri – 54.4% (11 milyard 622.7 milyon manat);
ıı) istehlak kreditləri – 29.8% (6 milyard 376 milyon manat) 
ııı) ipoteka kreditləri – 15.8% (3 milyard 373.3 milyon manat).
Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 1.3 faiz bəndi azalaraq 2.2% təşkil etmişdir. 
Öhdəliklərin strukturunda depozit portfeli üstünlük təşkil edir – cəmi öhdəliklərin 81.6%-i və ya 31 milyard 841.1 milyon manat. Depozit portfelinin 61%-i (19 milyard 411.8 milyon manat) hüquqi şəxslərin, 39%-i (12 milyard 429.3 milyon manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarətdir. 
Fiziki şəxslərin əmanət portfelinin 53.5%-i (6 milyard ,645.6 milyon manat) müddətli əmanətlərdən ibarətdir. Hüquqi şəxslərin tələbli depozitləri 15 milyard 816.4 milyon manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 81.5%-ni təşkil etmişdir.
Fiziki şəxslərin əmanətlərinin dollarlaşması iyul ayında ilin əvvəlinə nəzərən 2.8 faiz bəndi, əvvəlki ilin müvafiq dövrünə nəzərən isə 3.5 faiz bəndi azalaraq 36.4% təşkil etmişdir. 
2023-cü ilin yanvar-iyul aylarında banklar 655.3 milyon manat xalis mənfəət, 931.4 milyon manat məbləğində əməliyyat mənfəəti əldə etmişlər. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bankların xalis və əməliyyat mənfəəti müvafiq olaraq 33% və 26% artmışdır. 2023-cü ilin 7 ayında banklar tərəfindən 163.4 milyon manat məbləğində mənfəət vergisi ödənilmişdir. 
31 iyul 2023-cü il tarixinə fəaliyyət göstərən 24 bankın filiallarının sayı 486, şöbələrinin sayı 86, ATM-lərin sayı 3,015 olmuşdur. Hesabat ayında bank sektorunda çalışanların sayı 0.3% və ya 78 nəfər artaraq 23,319 nəfər təşkil etmişdir. Ümumilikdə son 1 ildə bank sektorunda çalışanların sayı 7.3% və ya 1,590 nəfər artmışdır. 

Banklar     Tarix: 21 avqust 2023

Oxşar xəbərlər

Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər üzərində işləyir. Bunu AMB-nin Bank Olmayan Kredit Təşkilatların

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

500 000 AZN-dək nağd pul elə indi əlçatandır

Həyatda elə anlar olur ki, böyük addımlar atmaq üçün güclü maliyyə dəstəyi lazımdır. Xəyalınızdakı evi almaq, uzun müddətdir təxirə saldığınız əsaslı təmiri başlamaq və ya biznesinizi tamamilə yeni səviyyəyə qaldırmaq… Amm

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas

Sentyabr ödəniş kartlarının sayı 414 min ədəd artıb

Banklar və "Azərpoçt" MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 414 min ədəd artaraq 23 milyon 388 min ədəd təşkil etmişdir. Bu barədə Azərbaycan Mərkəz

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri

PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib

PAŞA Bank Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) təşkilatçılığı ilə keçirilən "Mikromaliyyədə İnvestisiya və Dayanıqlı İnkişaf" mövzulu 12-ci AMFA Konfransında iştirak edib. Azərbaycanda mikromaliyyə sektorunu

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri

22 oktyabrda Nazirlər Kabineti tərəfindən təsdiq olunan "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" ölkənin 2060-cı ilə qədər iqtisadiyyatını necə "yaşıllaşdıracağını" addım-addım göstərir

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti


iqtisadi xeberler emlak xeberleri dollar mezenne en son xeberler valyuta kurslari