Azərbaycanın bank və sığorta sektorları intensiv əməkdaşlığa başlayır
"Azərbaycan Banklar Assosasiyası" (ABA) və "Azərbaycan Sığortaçılar Assosasiyası" (ASA) İctimai Birlikləri əhalinin və biznesin müxtəlif xarakterli risklərə qarşı müdafiəsinin gücləndirilməsi məqsədilə genişmiqyaslı intensiv əməkdaşlıq platforması formalaşdırıb.
Banker.az xəbər verir ki, platforma bank müştərilərinin həyatı, sağlamlığı və əmlakı ilə bağlı mövcud olan risklərə qarşı sığorta təminatının genişləndirilməsini, bu məqsədlə sığorta məhsullarının birgə inkişaf etdirilməsini və müştərilərə təqdim edilməsini nəzərdə tutur.
Bu məqsədlə birgə layihə şurası təsis edilib, müxtəlif ekspert işçi qrupları yaradılıb. Platforma çərçivəsində ilk olaraq istehlak krediti müştərilərinin həyat sığortasının genişləndirilməsi nəzərdə tutulub. İstehlak krediti üzrə həyat sığortası müştərilərin ölüm və əlillik risklərinə sığorta təminatını əhatə edir. Bu məqsədlə uğurlu dünya təcrübələri dərindən öyrənilib, yerli xüsusiyyətlər tədqiq edilib, bu əsasda istehlak kreditləri müştəriləri üçün həyat sığortası mexanizminin daha əlverişli şərtlərlə formalaşdırılması qərara alınıb. Yaxın zamanlarda kredit həyat sığortası ilə bağlı yeni şərtlər tamamlandıqdan sonra ictimaiyyətə ətraflı məlumat veriləcək.

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Swift nədir?
Proqramçılar üçün TOP-5 Freelance sayt
Elon Musk kimdir?
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
Biznes nədir və hansı növləri var?