Azərbaycanın ən böyük bankı ABB Özbəkistan bazarına çıxır – Mikayıl Cabbarov

Azərbaycanın ən böyük bankı ABB Özbəkistan bazarına çıxır – Mikayıl CabbarovAzərbaycanın və Cənubi Qafqazın ən böyük bankı ABB tərəfdaşlıq və "Davr Bank"da pay əldə etmə yolu ilə Özbəkistan bazarına çıxır.
Bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Daşkənddə keçirilən Özbəkistan-Azərbaycan IV Regionlararası Forumunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, hazırda Özbəkistanda Azərbaycanın demək olar ki, bütün iri vergi ödəyicisi şirkətləri təmsil olunur.
"Bu gün Azərbaycanın və bütün Cənubi Qafqaz regionunun ən böyük bankı – ABB ilə müqavilə imzalanacaq ki, bu da bankın tərəfdaşlıq və "Davr Bank"da pay əldə etmə yolu ilə Özbəkistan bazarına çıxmasını göstərir", – deyə Cabbarov bildirib.
Nazir layihənin həyata keçirilməsinə rahat investisiya mühitinin yaradılmasına və dəstəyə görə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə, tənzimləyici orqana, Mərkəzi Banka və ölkə hökumətinə minnətdarlığını bildirib.
"Fürsətdən istifadə edərək, hörmətli Şavkat Miramonoviçə, tənzimləyici orqana, Mərkəzi Banka və hökumətə ümumilikdə rahat investisiya mühitinin yaradılmasına və birbaşa bu layihənin həyata keçirilməsinə göstərilən dəstəyə görə minnətdarlığımı bildirmək istərdim", – deyə Cabbarov qeyd edib.
Nazir qarşıdakı sazişin təfərrüatlarını açıqlamayıb.
ABB Bank (International Bank of Azerbaijan) Azərbaycanın ən böyük universal bankı və Cənubi Qafqaz regionunun aparıcı maliyyə institutudur. 1992-ci ildə dövlət qurumu kimi yaradılan bank ölkədə aktivlərin həcminə, kredit portfelinə və depozit bazasına görə lider mövqelər tutur, həmçinin Azərbaycanın beynəlxalq ekvayrinq və hesablaşma-kassa əməliyyatlarının əhəmiyyətli hissəsini təmin edir.
"Davr Bank" 2001-ci ildə Daşkənddə yaradılmış Özbəkistanın özəl kommersiya bankıdır. Maliyyə-kredit təşkilatı kiçik və orta biznesə xidmət göstərilməsi, pərakəndə bank xidmətləri, mikrokreditləşmə, həmçinin ölkənin regionlarında filial və ekspert mərkəzləri şəbəkəsinin inkişafı üzrə ixtisaslaşıb.
Qeyd edək ki, Özbəkistan-Azərbaycan IV Regionlararası Forumu iqtisadi əməkdaşlığın genişləndirilməsinə və birgə investisiya, ticarət layihələrinin həyata keçirilməsinə həsr olunub. Forum Daşkənddə keçirilir və iki ölkənin regionları arasında birbaşa əlaqələrin daha da inkişaf etdirilməsinə, həmçinin investisiya, sənaye və ticarət sahələrində əməkdaşlığın genişləndirilməsinə yönəlib. / banker.az

Banklar     Tarix: 22 avqust 2026

Oxşar xəbərlər

Azərbaycan bankları komissiyalardan 344 milyon manat qazanıb

Azərbaycan bankları 2026-cı ilin yanvar-sentyabr ayında komissiyadan 344.4 mln. manat gəlir əldə ediblər. bunu Mərkəzi Banka istinadən xəbər verir. Bu da illik müqayisədə komissiya gəlirlərinin 8.2% artımı deməkdir. Ötə

Bazarda ən sürətlə böyüyən sığorta şirkəti - yığımları 84% artıb

"Meqa Həyat Sığorta" ASC 2026-cı ilin yanvar–sentyabr aylarında 22 milyon 760 min manat sığorta haqqı toplayıb. -ın Azərbaycan Mərkəzi Bankının statistik göstəriciləri əsasında apardığı hesablamalara görə, bu, ötə

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) verdiyi yüksək faizli gündəlik kreditlərlə bağlı tənzimləmə tələblərini daha da sərtləşdirməyi planlaşdırır. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, bunu dəstəkləyəcək. Bunu AMB-nin sədri Taleh Kazımov bildirib. "Azərbaycan Mərkəzi Bankı olaraq konsolidasiyanı dəstəkləyirik. Çünk

İlkin hesablamalara görə, bankların gəlirləri 75%, xalis mənfəəti 88% artıb

Azərbaycan banklarının faiz və qeyri-faiz gəlirlərinin cəmi 2026-cı ilin ilk doqquz ayında 5 milyard 728,6 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 75,1% çoxdur. 2025-ci ilin ilk doqquz ayında bankları

Azərbaycan bankları əmanətlərə görə 1 milyard manatdan çox faiz ödəyib

Azərbaycandakı banklar 2026-cı ilin yanvar-sentyabr ayında cəlb etdikləri depozitlər (əmanətlər) üzrə 1 milyard 130 milyon manatlıq faiz ödəyiblər. Mərkəzi Banka istinadən xəbər verir ki, bankların depozitlər üzrə faiz xərclər

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

Azərbaycanda kredit kartları üzrə faizlər 27%-ə çatıb – Avtomobil kreditləri də bahalaşıb

Banklarda ən bahalı və ən ucuz kreditlər məlum oldu. Azərbaycanda bankların istehlak kreditləri üzrə orta faiz dərəcələrində fərqli istiqamətlərdə dəyişikliklər qeydə alınıb. Kredit kartları və avtomobil kreditləri üzrə faizlə


iqtisadi xeberler dollarin kursu bu gun dollar manat kursu internetden pul qazanmaq investisiya