Azərbaycanın iri bankında növbədənkənar yığıncaq keçiriləcək
26 sentyabr 2023-cü il tarixində "Unibank" Kommersiya Bankı" Açıq Səhmdar Cəmiyyəti səhmdarların növbədənkənar Ümumi Yığıncağı keçiriləcək.
Marja.az Bankın İdarə Heyətinə istinadən xəbər verir ki, yığıncaqda aşağıdakı məsələlərin müzakirəsi nəzərdə tutulub.
1. "Unibank" Kommersiya Bankı" Açıq Səhmdar Cəmiyyətinin təşkilati, o cümlədən idarəetmə orqanlarına dair məsələlərin müzakirəsi.
2. "Unibank" Kommersiya Bankı" Açıq Səhmdar Cəmiyyəti tərəfindən geri alınmış öz səhmləri barədə.
3. "Unibank" Kommersiya Bankı" Açıq Səhmdar Cəmiyyətinin korporativ sənədlərində/ aktlarında dəyişikliklər edilməsi haqqında.
Səhmdarlar yığıncağın gündəliyində nəzərdə tutulmuş məsələlər üzrə materiallarla Bankın Bakı şəhəri, Rəşid Behbudov küçəsi, 55 ünvanında yerləşən Baş Ofisində, Təşkilati işlər və katiblik şöbəsi ilə əlaqə saxlamaqla tanış ola bilərlər.
Yığıncaq saat 15:00-da Bankın Bakı şəhəri, Rəşid Behbudov küçəsi, 55 ünvanında yerləşən Baş Ofisində, "Zoom" proqram təminatı vasitəsilə məsafədən keçiriləcəkdir.

Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Dünyanın ən bahalı restoranları
ƏDV geri al və onun üstünlükləri
Ən çox soruşulan müsahibə sualları hansılardır?
Proqramçılar üçün TOP-5 Freelance sayt
Onlayn biznes növləri