Azərbaycanın kapital bazarında ötən il rekord sayda emissiya prospekti təsdiq edilib
Ötən il Azərbaycan Mərkəzi Bankı (AMB) kapital bazarında rekord göstəriciyə imza ataraq 65 emissiya prospektini təsdiq edib.
Bunu AMB-nin Qiymətli kağızların qeydiyyatı şöbəsinin müdiri Asəf Məmmədov "12-ci Beynəlxalq Caspian Investment Forum"da bildirib.
Onun sözlərinə görə, AMB hər zaman emissiya prosesində emitentlərə dəstək verməyə çalışıb: "Bəzi hallarda Mərkəzi Bank özü təşəbbüs göstərərək emitent və ya anderrayterlərlə əlaqə saxlayıb, tövsiyələr verib. Əsas məqsəd emissiya prospektlərinin qanunvericiliyə uyğun tərtib olunmasını təmin etməkdir".
A. Məmmədov əlavə edib ki, AMB bu sahədə fəaliyyətini genişləndirmək niyyətindədir və bu il nöqsanların minimallaşdırılması üçün iki əsas hədəf müəyyən edilib:
"Ən çox rast gəlinən nöqsanlarla bağlı investisiya şirkətləri və emitentlərin iştirakı ilə seminarların keçirilməsi planlaşdırılır. Bu istiqamətdə işlərə artıq başlanılıb və təqdimatın yaxın aylarda təşkili nəzərdə tutulur. Bununla yanaşı, metodoloji dəstəyin artırılması planlaşdırılır. Emissiya prospektlərinin tərtibatı ilə bağlı xüsusi təlimat hazırlanacaq, bu da bazar iştirakçılarına prosedurların düzgün icrasında kömək edəcək". / banker.az

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil
Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir
"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Layihə menecmenti nədir?
Dünyanın ən zəngin idmançıları
SWIFT nədir?
Marketinq nə demədir?