Azərbaycanın məşhur iş adamı – LAS-VEGASDA RESTORAN AÇDI - QİYMƏTLƏR

Azərbaycanın məşhur iş adamı – LAS-VEGASDA RESTORAN AÇDI - QİYMƏTLƏRAzərbaycanlı investorlar ABŞ-ın ən məşhur şou-biznes mərkəzlərindən olan Las-Vegas şəhərində restoran açıblar. 
FED.az xəbər verir k, bir neçə gün əvvəl fəaliyyətə başlayan restoran "Nukha" - (Nuxa – Şəki şəhərinin qədim adı) adlanır. 
"Nukha" restoranı Las-Vegasın mərkəzində, Las Vegas Bulvarında Şəhər Meydanında yerləşir. Şəhər Meydanı dünyanın hər yerindən gələn qonaqlar üçün əsas əyləncə məkanıdır.
"Nukha" restoranı azərbaycanlı investorun vəsait hesabına azərbaycanlı restoran menecerləri tərəfindən qurulub. Restoranın açılması üçün Azərbaycandan Las-Vegas-a "qastronomik desant" atılıb. 
"Nukha" restoranındakı komandaya Elşən Əliyev və Bakının bir sıra məşhur restoranlarında baş menecer olaraq çalışmış Mütəllim Əlişanov rəhbərlik edir.  Xatırladaq ki, Mütəllim Əlişanov Bakıda "SAHiL bar & restaurant" və "Pasifico - Lounge & Dining"ə rəhbərlik edib. 
Restoranın investoru və sahibi isə Azərbaycanda tanınmış iş adamı, Bakınan restoran biznesində məşhur olan Ramin Hacıyevdir. O Bakıdakı "Beerbaşa", "Nakhchivan", "Paul Azerbaijan" və "Köfteci Ramiz" restoranının, eləcə də Moskvadakı "Peach" restoranının sahibidir. 
"Nukha" restoranı Azərbaycan şəhərinin adını daşısa da, Türk restoranı kimi fəaliyyət göstərri, burada türk və Aralıq dənizi mətbəxi təqdim edilir. Bu özünü həm yeməklərdə həm də desertlərin tərkibində göstərir. Məsələn menyuda məşhur Şəki halvası yoxdur.  
"Nukha" - yüksək keyfiyyətlə hazırlanmış ləzzətli Aralıq dənizi yeməkləri, xüsusi kokteyllər və premium qəlyanlardan ibarət restoran və loungedir – deyə restoranın təqdimatında bildirilir. 
Burada terras, canlı ifaları və DJ musiqiləri olur. "Nuxa" korporativ tədbirlər, özəl günləri qeyd etmək, həmçinin idman yarışları və televiziya verilişlərini izləmək üçün rahat məkandır. 

Biznes     Tarix: 08 dekabr 2022

Oxşar xəbərlər

Azərbaycanda xarici kapitallı şirkətin kapitalı – 2 DƏFƏ AZALDILIR

Azərbaycanda xarici kapitallı şirkətin kapitalı – 2 DƏFƏ AZALDILIR. "Raspberry AZ-I" MMC (VÖEN: 1009381171) nizamnamə kapitalını azaldır. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, MMC-nin nizamnamə kapital

KOBİA-nın təşəbbüsü ilə 10 istiqamətdə daxili bazar araşdırması aparılacaq

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşəbbüsü ilə daha 10 istiqamətdə daxili bazar araşdırmalarının aparılması nəzərdə tutulur. KOBİA-dan -a bildirilib ki, məqsəd sahibkarların investisiya qərarlarının qəbulun

Azərbaycan bazarına 263 milyard dollarlıq ərəb şirkəti gəlir – L"IMAD hansı şirkətlərə sahibdir?

Xəbər verildiyi kimi, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi Əmirliyi hakiminin müavini, BƏƏ-nin milli təhlükəsizlik müşaviri Şeyx Tahnun bin Zayed Al Nəhyanının Bakıya səfəri zamanı sentyabrın 14-də Azərbaycan prezident

ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR

Sentyabrın 22-də Azərbaycan-Türkiyə İş Adamları Birliyinin nümayəndə heyəti Türkiyə Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Prof. Dr. Birol Akgünü ziyarət edib. biznes və maliyyə xəbərləri portal

İlham Əliyev "Global Infrastructure Partners" şirkətinin rəhbərini qəbul edib

Sentyabrın 25-də Azərbaycan  Prezidenti İlham Əliyev aktivlərin idarə edilməsi üzrə dünyanın aparıcı şirkətlərindən biri olan "BlackRock"un tərkibində fəaliyyət göstərən qlobal infrastruktur investisiya şirkət

"Poz-Qazan" oyunları avqustda - 15 milyon manata yaxın uduş qazandırıb

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya"nın bir-birindən maraqlı "Poz-Qazan" oyunları qazandırmağa davam edir.  . xəbər verir ki, avqustda "Poz-Qazan"

Bizon "13 həftə, 13 avtomobil" lotereyasını uğurla yekunlaşdırdı – 13 qalib avtomobilinə qovuşdu

Azərbaycanın aparıcı içki markalarından biri olan "Bizon"un yay mövsümündə həyata keçirdiyi "13 həftə, 13 avtomobil" lotereya kampaniyası başa çatıb. xəbər verir ki, kampaniya çərçivəsində 13 həftə ərzind

Daha bir dövlət qurumunun göstərdiyi xidmətlərə görə ödənişlərin qəbulu "MSolution" şirkəti vasitəsilə həyata keçiriləcək

"MSolution" elektron ödəniş xidmətləri sahəsində fəaliyyət göstərən şirkət olaraq ödənişlərin rəqəmsal formada qəbuluna imkan verən həllər təqdim edir. Bu çərçivədə şirkət müxtəlif dövlət qurumları tərəfindən göstərilə

"Agro Norm" MMC-nin təsisçiləri şirkətdən ayrılır – 4,4 MİLYON İNVESTİSİYA GERİ ÇƏKİLİR

"Agro Norm" MMC (VÖEN: 150236671) nizamnamə kapitalı azaldılıb. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, MMC təsisçiləri Nəbiyev Yaşar Nəriman oğlunun ona məxsus 3 milyon 210 min manat dəyərində payın


iqtisadi xeberler 1000 manatla biznes valyuta xeberleri bank faizleri kicik biznes