Azərbaycanın məşhur supermarket şəbəkəsi dövriyyəsini açıqladı - İLDƏ CƏMİ 8 MİN MANAT QAZANIB

Azərbaycanın məşhur supermarket şəbəkəsi dövriyyəsini açıqladı - İLDƏ CƏMİ 8 MİN MANAT QAZANIBAzərbaycanın tanınmış supermarket şəbəkələrindən olan «GrandMart» 2021-ci ildə cəmi 8 min manat qazanc əldə edib. FED.az bu barədə şirkətin rəsmi hesabatına istinadən məlumat verir.
Hesabata əsasən 2021-ci ildə «GrandMart»ın satışlarının ümumi həcmi 126 milyonq manat olub. Bu əvvəlki illə müqayisədəf 21% artıqdır, belə ki, 2020-ci ildə «GrandMart»ın dövriyyəsi 104 milyon manat olmuşdu.
«Bravo» 3 ildir ki, böyük zərərlə işləyirmiş – RƏQƏMLƏR AÇIQLANDI
Satışı maya dəyəri isə 2021-ci ildə 117,5 milyon manat olub. Bu 2020-ci ildən 23% artıqdır. 2020-də satışın maya dəyəri 95,3 milyon manat olmuşdu.
Nəticədə şirkətin ümumi mənfəəti )satış həcmi və satışın maya dəyəri arasındvakı fərq) 8,76 milyon manat olub. Bu 2020-ci ildə isə bu göstərici 8,77 milyon manat idi.
Başqa sözlə, 2020-ci ildə «GrandMart» satdığı məhsullar üzrə 9,1% marja ilə işləyibsə, 2021-ci ildə bu göstərici 7,2%-ə düşüb.
2021-ci ildə şirkətin digər gəlirləri 5,7 milyon manat təşkil edib – bu da 2020-ci ildən təqribən 2 dəfə artıqdır, əvvəlki il digər gəlirlər 2,9 milyon manat olmuşdu.
Şirkətin kommersiya xərcləri isə 14,3 milyon manat olub.
Nəticədə «GrandMart» 2021-ci ili 10 min 970 manat əməliyyat gəliri ilə başa vurub. 2020-ci ildə isə bu göstərici 207 min manat zərər idi. Mənfəət vergisi xərcini də çıxdıqda (2 194 manat), 2021-ci ildə «Grand Mart»ın xalis mənfəəti 8776 manat təşkil edib. Xatırladaq ki, şirkət 2020-ci ili 207 min manat zərərlə başa vurub.
Hesabatdan görünür ki, 2020-ci ildə zərərlə işləyən «GrandMart»ın mənfəətə çıxması satış gəlirləri ilə deyil, digər gəlirləri ilə bağlı olub. Həmin gəlir maddəsinin 2 qat artması şirkətin cüzi də olsa mənfəətə çıxmasına imkan verib. Satışda isə marja aşağı düşməkdədir və bu böyük ehtimalla ticarət sektorunda getdikcə güclənən rəqabətlə bağlıdır.
2021-ci ildə «GrandMart»ıq aktivləri 73% artaraq 2020-ci ildəki 34,6 milyon manatdan 2021-ci ilin sonunda 60 milyon manata yüksəlib. Bu artım şirkətin yaratdığı təqribən 42 milyon manatlıq ehtiyatların hesabına baş verib – 2020-də 18 milyon manat idi.
Şirkətin səhmdarlarının yatırdığı nizamnamə kaitalı dəyişməyib – 12 milyon manat.
Əvəzində «GrandMart»ın ticarət və kreditortor borcları 2 dəfədən də çox artaraq 19 milyon manatdan 41 milyon manata yüksəlib. Nəticədə ümumi öhdəliklər 22,6 milyon manatdan 47,9 milyon manata qalxıb. Azərbaycanın məşhur supermarket şəbəkəsi dövriyyəsini açıqladı - İLDƏ CƏMİ 8 MİN MANAT QAZANIBAzərbaycanın məşhur supermarket şəbəkəsi dövriyyəsini açıqladı - İLDƏ CƏMİ 8 MİN MANAT QAZANIB

Biznes     Tarix: 13 iyul 2022

Oxşar xəbərlər

Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR

"Bakı Biznes Mərkəzi" MMC Mədəniyyət Nazirliyinin tabeliyinə verilib. xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib. Nazirlər Kabineti "Bakı Biznes Mərkəzi" MMC-nin Mədəniyyət Nazirliyinin tabeliyin

Azərbaycanda ən çox lisenziya verilən fəaliyyət sahələri açıqlandı

İqtisadiyyat Nazirliyi tərəfindən sahibkarlara 2026-cı ilin yanvar-iyul ayları ərzində 1191 lisenziya,  ümumilikdə isə 20 220 lisenziya verilib. İçərişəhərdəki məşhur restoranların sahibindən narazılıq - Müqavilələri uzadılmır

Azərbaycanın əsas pambıq ixracatçılarından biri – NİZAMNAMƏ KAPİTALINI AZALDIR

"P-Aqro" MMC (VÖEN: 1404226851) nizamnamə kapitalını azaldır. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkət  nizamnamə kapitalının 270 manata azaldığını elan edib. Qeyd edək ki, "P-Aqro" MM

Publik hüquqi şəxslərə xərcləmələrlə bağlı güzəşt edilməsi təklif olunur

Azərbaycanda publik hüquqi şəxslərin satınalmalarında müəyyən məbləğə qədər çevik qərar mexanizmi yaradılmalıdır. xəbər verir ki, bunu deputat Əlibala Məhərrəmzadə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsini

Azərbaycanda dövlət satınalmalarında qanunvericiliyin tələbi 1 144 dəfə - POZULUB

Bu ilin birinci yarısında dövlət satınalmaları müsabiqəsi zamanı qanunvericiliyin tələblərinin pozulması halları aşkar olunan 1 144 yekun protokol ləğv edilib. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sözlər

Azərbaycan-Türkiyə birgə müəssisəsinin rəhbərliyində - İki mühüm təyinat

SOCAR və Türkiyənin TEKFEN şirkətinin Azərbaycandakı birgə müəssisəsinin rəhbərliyində bir sıra mühüm dəyişiklik baş tutub. biznes və maliyyə xəbərləri portalı "Banker"ə istinadən xəbər verir ki, "AZFEN"

Sədr müavinindən sahibkarlara çağırış - TENDERLƏRDƏ FƏAL İŞTİRAK EDİN

Azərbaycan Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədr müavini Mirzə Mirzəyev sahibkarlara müraciət edib. . biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə "Dövlə

Vergi borcu yaranan keytrinq şirkəti – MÜFLİS OLDU

"İsa bulag Catering Services" MMC (VÖEN: 8600230101) ləğv edilib. Vergi borcun var, amma işləyirsən - GÜZƏŞT EDİLƏCƏK – AZƏRBAYCANDA YENİLİK. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, ləğv olunma şirkəti

"Əmanətə Sədaqət" layihəsi çərçivəsində şəhid övladları üçün Bilik Günü tədbiri keçirilib - FOTOLAR

"Azərlotereya" ASC və "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən "Əmanətə Sədaqət" layihəsi çərçivəsində bu il al


iqtisadi xeberler investisiya dollar kursu bitkoin qiymeti depozit faizleri