Azərbaycanın tədiyə balansında $1.4 mlrd. kəsir olub

Azərbaycanın tədiyə balansında uploads/news/8629ba3f278f4308578c276188ef4c08.jpg.4 mlrd. kəsir olub2025-ci ildə Azərbaycanın tədiyyə balansının ümumi kəsiri 1,4 milyard ABŞ dolları təşkil edib.
Banker.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankında (AMB) keçirilən mətbuat konfransında qurumun Statistika departamentinin direktoru Samir Nəsirov bildirib.
2024-cü ildə tədiyyə balansında 0,4 milyard dolları ABŞ dolları kəsir olub.
"Söhbət il ərzində reallaşmış ehtiyat aktivlərimizin azalmasından gedir. Bu göstərici hesablanan zaman BOP6 (Tədiyyə Balansı üzrə Rəhbərliyin 6-cı nəşri) qaydalarına və manualına uyğun olaraq yenidənqiymətləndirmə və məzənnə fərqi nəzərə alınmır", – deyə AMB rəsmisi əlavə edib.
2025-ci ildə Azərbaycanın tədiyyə balansının cari əməliyyatlar balansında (CƏB) 3,5 milyard ABŞ dolları və yaxud ümumi daxili məhsulun (ÜDM) 4,6 %-i qədər profisit formalaşıb.
Onun sözlərinə əsasən, bu, 2024-cü illə müqayisədə təxminən 25 % azdır.
"Bu məbləğdə profisitin olması makroiqtisadi dayanıqlılıq baxımından mühüm müsbət amil sayılmalıdır", – deyə AMB rəsmisi qeyd edib.
2025-ci ildə Azərbaycana xaricdən 1 milyard 177 milyon ABŞ dolları, Azərbaycandan xaricə isə 505,1 milyon pul köçürülüb.
Onun sözlərinə görə, bunlar, 2024-cü illə müqayisədə müvafiq olaraq 8,7 % çox və 4,1 % azdır.
AMB rəsmisi qeyd edib ki, hesabat dövründə Azərbaycana ən çox pul baratı Rusiya (479,3 milyon ABŞ dolları), Türkiyə (193,2 milyon ABŞ dolları), ABŞ (100,7 milyon ABŞ dolları), Gürcüstandan (43,6 milyon ABŞ dolları) və Böyük Britaniyadan (42,4 milyon ABŞ dolları) daxil olub.
Bundan başqa, onun sözlərinə görə, il ərzində ölkədən xaricə köcürülən pul baratlarının həcminə görə isə ilk 5-likdə Türkiyə (145,7 milyon ABŞ dolları), ABŞ (76,4 milyon ABŞ dolları), Rusiya (46,4 milyon ABŞ dolları), Böyük Britaniya (26,7 milyon ABŞ dolları) və Gürcüstan (26,2 milyon ABŞ dolları) qərarlaşıb.

Banklar     Tarix: 17 mart 2026

Oxşar xəbərlər

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu

Yelo Bank yığım vərdişini oyuna, hədəfə çatmağı isə qazanca çevirən yeni əmanət məhsulunu – "Yelo Hədəf"i təqdim edir. Məhsulun əsas yanaşması sadədir: müştəri əmanət açarkən özü üçün hədəf məbləğ müəyyən edir

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

Bankın ali idarəetmə orqanında dəyişiklik planlaşdırılır – Səhmdarları toplanır

"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi planlaşdırılır. xəbər verir ki, bununla bağlı bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı çağırılıb. Yığınca

Sığorta şirkətinin ödənişləri yığımlarına yaxınlaşıb

"PAŞA Həyat Sığorta" ASC-nin həyata keçirdiyi sığorta ödənişləri 2026-cı ilin yanvar–sentyabr aylarında kəskin artıb. -ın Azərbaycan Mərkəzi Bankının statistik məlumatları əsasında apardığı hesablamalara görə, şirkəti

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

Bankların xalis mənfəəti 18,8 faiz artıb, lakin depozit və risk xərcləri də yüksəlib

Azərbaycanın bank sektoru 2026-cı ilin yanvar–sentyabr aylarını mənfəətlə başa vurub. Bankların xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 171 milyon 100 min manat və ya 18,8 faiz artaraq 1 milyard 81 milyon 800 mi

"PAŞA Bank"ın səhmləri sentyabr minimumundan 5%-dən çox bahalaşıb

Korporativ bankçılıq sahəsində fəaliyyət göstərən "PAŞA Bank" ASC-nin (BFB: PSHBK) səhmlərinin qiyməti sentyabrın sonundakı minimum səviyyədən 5,2% yüksələrək 55 manat həddinə çatıb, bu iyulun 7-dən bu yana ən yüksə

PAŞA Sığorta bazar payını artırıb – Yığımları 309 milyon manata yaxınlaşıb

"PAŞA Sığorta" ASC-nin topladığı sığorta haqları 2026-cı ilin yanvar–sentyabr aylarında 308 milyon 931 min manat təşkil edib. -ın hesablamalarına görə, bu, 2025-ci ilin eyni dövründəki 272 milyon 931 min manatlı


iqtisadi xeberler 1000 manatla biznes emlak xeberleri leobank kart valyuta mezennesi