"Azəri Star Mikromaliyyə" BOKT 2022-ci ili də zərərlə tamamladı – Yığılmış zərər 624 minə yüksəldi
"Azəri Star Mikromaliyyə" Bank Olmayan Kredit Təşkilatı MMC 2022-ci ildə zərərinin həcmini bir qədər də yüksəldib.
Banker.az xəbər verir ki, bu barədə onun audit hesabatında bildirilir.
Hesabat ərzində BOKT 15 533 manat faiz gəliri əldə edib və bu 2021-ci ildə 26 127 manat idi.
BOKT-nin 47 334 manat (2021: 50 202 manat) ümumi inzibati xərclər və 22 571 manat xarici valyuta üzrə aparılan əməliyyatlardan zərər edib.
Bununla da BOKT 2022-ci ili 54 372 manat həcmində zərər edib.
Bu zərərdən sonra "Azəri Star Mikromaliyyə"nin illərin yığılmış zərəri 623 799 manata yüksəlib. Cari ilin fevralında BOKT-nin bütün iştirakçıların mayalarının nominal dəyərinin azaldılması yolu ilə nizamnamə kapitalının 610 000 manatdan azaldılaraq 305 000 manat məbləğində müəyyən ediblər.
1 yanvar 2023-cü il tarixinə BOKT-nin cəmi aktivləri 251 320 manat olub, bunun da 219 091 manatı müştərilərə verilən kreditlərdir.





Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Cash Back nədir?
Onlayn biznes növləri
ZARA-nın uğur hekayəsi
SMM nədir?
Dünyanın ən dəyərli avtomobil şirkətləri