"Azəridad" toyuq kolbasasında tük tapıldı - MÜƏSSİSƏ BAĞLANDI
Mediada "Azəridad" əmtəə nişanlı toyuq kolbasasında toyuq tükünün aşkar olunması ilə bağlı yayılan məlumat əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, E.Mehdiyev küçəsində fəaliyyət göstərən, fiziki şəxs Məmmədov Vüqar Ramiz oğluna məxsus kolbasa və sosiska məhsullarının istehsalı müəssisəsində plandankənar yoxlama keçirilib.
Biznes.az xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.
Yoxlama zamanı toyuq dərilərinin tükdən təmizlənmədən xammal kimi istifadə edildiyi, istifadə olunan bəzi xammalların müşayiətedici sənədlərinin olmadığı, məhsulların etiketlənməsi ilə bağlı tələblərin pozulduğu və istehlakçılara düzgün məlumat verilmədiyi müəyyən edilib. Həmçinin müəssisədə izlənmə sisteminin düzgün aparılmadığı, məhsulların saxlanması və istehsal prosesində qida təhlükəsizliyi tələblərinin pozulduğu aşkarlanıb.
Aşkar edilmiş uyğunsuzluqlarla bağlı müəssisə rəhbərliyi barəsində inzibati tədbirlər görülüb, məhsullardan laborator müayinələr üçün nümunələr götürülüb, nöqsanlar aradan qaldırılanadək müəssisədə istehsalın dayandırılması və məhsul partiyasının satış şəbəkələrindən geri çağırılması barədə qərar qəbul edilib.







"Bitcoin" 79 min dollardan aşağı düşüb - SON QİYMƏT
"Aztelekom"un "Rabitəbank"dakı səhm payı artıb
"Referans Medical Group" və "PAŞA Həyat Sığorta" "TezSağal" məhsulunu təqdim etdi
2026-cı ildə dünyanın 10 ən böyük bankı
Əcnəbilərin Azərbaycanda kartla xərcləmələri 11% artıb
"Daşkənd Fond Birjası" ABB ilə müqavilədən sonra "Davr Bank"ın səhmləri ilə ticarəti bərpa edir
OpenAI, Zoom və Zoho Azərbaycanda vergi uçotuna düşdü
Azərbaycanda aksiz əməliyyatı: 6 min ədəddən çox alkoqollu içki və 5 min litrə yaxın pivə müsadirə edilib
Çinin yeni Arktika marşrutunun perspektivləri və gizli riskləri
Ölkədəki bank əmanətlərinin 88%-ə yaxını Bakıda cəmləşib
Dünyanın əh bahalı brendləri - TOP-10
5 liderlik göstəricisi
Birbank xidmətinə necə qoşulmaq olar?
Hazır biznes, yoxsa sıfırdan qurulan biznes?
"iPhone 15" modelinin üstünlükləri