"Azərlotereya" ASC Dünya Lotereya Assosiasiyasına (WLA) - ÜZV OLDU

"Azərlotereya" ASC qlobal lotereya sənayesində daha bir nüfuzlu təşkilata qoşulub.
FED.az xəbər verir ki, fəaliyyət sferasında beynəlxalq standartları tətbiq edən "Azərlotereya" ASC  şans oyunları üzrə dünyanın aparıcı təşkilatı sayılan Dünya Lotereya Assosiasiyasına (World Lottery Association) üzv olub.
Dünya Lotereya Assosiasiyası (WLA) təxminən 80 ölkə üzrə 150-dən çox rəsmi lotereya və idman mərc oyunları operatorunun qlobal peşəkar birliyidir.  
Assosiasiya üzvlərinin ümumi məqsədi əyləncəli şans oyunlarının məsuliyyətli satışını həyata keçirməkdir. Bu baxımdan "Azərlotereya" ASC beynəlxalq təcrübəyə əsaslanaraq şans oyunlarının təşkilində xoş və əyləncəli xidmətlər təqdim edərkən hər zaman "Məsuliyyətlə oyna!" prinsipinə sadiq qalır.
Lotereyaların təşkilində ən son texnoloji yenilikləri həyata keçirən, oyun proqramlaşdırılması, məhsulun idarə edilməsində şəffaflığın qorunması və təhlükəsizlik kimi məsələlərə ciddi yanaşan "Azərlotereya" ASC-nin fəaliyyəti assosiasiyanın meyarlarına cavab verdiyi üçün üzvlüyə layiq görülüb. Təsadüfü deyil ki, şirkətin ani lotereya biletlərinin hazırlanmasında qabaqcıl texnologiyaya əsaslanan "Scientific Games" şirkəti birbaşa iştirak edir. Bundan əlavə, tirajlı lotereya oyunlarının keçirilməsində də Dünya Lotereya Assosiasiyasının üzvü olan Fransanın "Akanis Technologies" şirkətindən alınmış müasir avadanlıqlardan istifadə edilir.
Dünya Lotereya Assosiasiyası (WLA) 1999-cu ilin avqustunda "AILE", "Beynəlxalq Dövlət Lotereyaları Assosiasiyası və Intertoto", "Beynəlxalq Toto və Lotto Təşkilatları Assosiasiyası"nı birləşdirərək yaradılıb.
Qeyd edək ki, "Azərlotereya" ASC, həmçinin Avropa Lotereyalar və Toto Assosiasiyasının da (The European State Lotteries and Toto Association) üzvüdür.

Biznes     Tarix: 13 iyul 2022

Oxşar xəbərlər

"AZZA" şirkəti 50 milyon manata çatdı

Azərbaycanın qastronom şəbəkəsi - "AZZA" QSC nizamnamə kapitalını 42 433 902 manat və yaxud 6,6 dəfə artıraraq 7 566 098 manatdan 50 00 00 manata çatdırmağı planlaşdırır. səhmdar cəmiyyətindəki mənbəyə istinadə

Nazir: Azərbaycanda 4000-dən çox Türkiyə şirkəti fəaliyyət göstərir

"Azərbaycan-Türkiyə arasında iqtisadi sahədə əməkdaşlığın həcmi 5,7 milyard ABŞ dollarına çatıb, 2026-cı ilin ilk 8 ayında isə bu göstərici artıq 3,2 milyard dollar təşkil edib".  xəbər verir ki, bunu Azərbaycanı

Azərbaycanda dövlət satınalmalarında qanunvericiliyin tələbi 1 144 dəfə - POZULUB

Bu ilin birinci yarısında dövlət satınalmaları müsabiqəsi zamanı qanunvericiliyin tələblərinin pozulması halları aşkar olunan 1 144 yekun protokol ləğv edilib. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sözlər

Daha bir əhəmiyyətli dövlət qurumu ödənişlərini - "MSOLUTİON"A ETİBAR ETDİ

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin göstərdiyi xidmətlərə görə ödənişlərin qəbulu bundan sonra "MSolution" elektron pul təşkilatının ödəni

"Poz-Qazan" oyunları avqustda - 15 milyon manata yaxın uduş qazandırıb

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya"nın bir-birindən maraqlı "Poz-Qazan" oyunları qazandırmağa davam edir.  . xəbər verir ki, avqustda "Poz-Qazan"

Şirkətin nizamnamə kapitalı ikinci dəfə - KƏSKİN AZALDILIR

"Sinay Group" MMC (VÖEN: 1405509591) nizamnamə kapitalını yenidən azaldır. Azərbaycanda xarici kapitallı şirkət – LƏĞV EDİLİR. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkətin nizamnamə kapitalı 30

Bloomberg milyarderlər reytinqində ilk 10-luğun hamısını amerikalılar tutub

İlk dəfə olaraq ABŞ sahibkarları "Bloomberg" agentliyinin milyarderlər indeksində ilk on pillənin hamısını tutublar. xəbər verir ki, Fransanın dəbdəbəli məhsullar sektorunda fəaliyyət göstərən milyarderi Bernar

"Dolları Azərbaycana qaytarmalısan" - ŞİRKƏTLƏRƏ YENİ ŞƏRT QOYULACAQ

Azərbaycanda iri şirkətlərin qarşısında yeni tələblər qoyulacaq. xəbər verir ki, bu müxtəlif qanunlara edilən dəyişikliklərlə bağlı yeniliklərdə nəzərdə tutulub. Söhbət Vergi Məcəlləsi, Miqrasiya Məcəlləsi, "Sosial sığort

"Əmanətə Sədaqət" layihəsi çərçivəsində şəhid övladları üçün Bilik Günü tədbiri keçirilib - FOTOLAR

"Azərlotereya" ASC və "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən "Əmanətə Sədaqət" layihəsi çərçivəsində bu il al


iqtisadi xeberler investisiya dollar kursu bitkoin qiymeti depozit faizleri