"Azərlotereya"nın "Poz-Qazan" oyunlarında noyabrda - 10 BÖYÜK UDUŞ QAZANILDI
Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya" ASC-nin təşkil etdiyi "Poz-Qazan" lotereyaları üzrə noyabr ayında ümumilikdə 10 böyük uduş qazanılıb.
"Azərlotereya"dan şəhid övladlarına Türkiyədə Zəfər Günü sürprizi - VİDEO
Onlardan "5X" ani lotereyasında 100 000, "Şans Ulduzu" və "Ani 50"də 50 000, "Qızıl"da 25 000 manat, həmçinin "Zümrüd"də 1, "Şans Ulduzu"nda 2, "Ani 50"də 3 dəfə 10 000 manat qazanılıb.
Uduşların qazanıldığı bölgələrə gəlincə, "5X" ani lotereyasında böyük uduş Lənkəran sakini Zöhrab Səfərova qismət olub. Bakı şəhər sakini Rəvan Rzayev "Qızıl" biletində 25 000 manat qazanıb. Sumqayıt sakini "Ani 50"də, Bakı şəhər sakini Elvin Hüseynov isə "Şans Ulduzu" ani lotereyasında 50 000 manat mükafatın sahibi olub.
Bakı, Gəncə və Füzuli sakinləri "Ani 50"də 10 000 manat qazanıblar. "Zümrüd"də 10 000 manat Beyləqan, "Şans Ulduzu"nda 10 000 manat uduşlar isə Bakı və Quba sakinlərinin bəxtinə çıxıb.
Qeyd edək ki, "Azərlotereya" ASC-nin "Poz-Qazan" biletlərində 200 000, 100 000, 50 000 və 25 000 manatlıq böyük uduşlar, eləcə də milyonlarla digər uduşlar şanslı qaliblərini gözləyir. Ani lotereya biletlərini lotereya satış nöqtələri, "Misli" məntəqələri, market və metrolardakı satış nöqtələri, eləcə də "Azərpoçt" şöbələrindən əldə edə bilərsiniz. / fed.az

"Formula-1" dövründə Bakı restoranlarının - GƏLİRLƏRİ 3 DƏFƏ ARTIB – ARAŞDIRMA
Azərbaycan-Suriya Biznes Şurası yaradılıb
"İtaliya şirkətlərinin Azərbaycana köçürülməsi üzərində işləyirik"
Mikro və kiçik bizneslərə verilən kreditlər sürətlə artıb
ABA: Bank kartlarının sayına yeni yanaşma mövcud kartlara şamil edilmir
Əhalinin banklara 15 milyard manat borcu var - 1 milyard manata yaxın kredit "batır"
Taleh Kazımov: 2026-cı ilin sonuna Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 6 mlrd. dolları ötəcək
Azərbaycanda işləyən şirkətlərin çoxu qazandığı pulu yenidən yatırım edir - Mikayıl Cabbarov
Təyyarə sığortasında 587 min manatlıq ödəniş
Dünyanın TOP-5 bahalı geyim şirkətləri
İlon Mask kimdir?
Dünyanın ən dəyərli avtomobil şirkətləri
Dünyanın ən varlı 10 adamı
İKEA şirkətinin tarixi