"AzFina": Yaşlı nəsil hələ də banklara etibar etmir
Azərbaycanda yaşlı nəsil hələ də banklara etibar etmir.
Banker.az xəbər verir ki, bunu "Azərbaycan Fintex Assosiasiyası" ("AzFina") İctimai Birliyinin İdarə Heyətinin sədri Edqar Abdullayev Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımovun ölkədə təxminən 10 milyard ABŞ dolları vəsaitin "yastıq altında" olması ilə bağlı fikirlərinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, hazırda banklar və digər maliyyə institutları əhalinin əlində olan vəsaitin toplanılması üçün kifayət qədər yaxşı alətlərə malik deyillər: "Maliyyə inklüzivliyi ilə bağlı əsas məsələ pulun böyük bir hissəsinin nağd şəkildə olmasıdır. 17 milyard manat vəsait nağd şəkildə insanların evlərində, marketlərin kassalarında və digər yerlərdədir. Bu o deməkdir ki, banklar və mövcud maliyyə institutları insanları investisiyaya cəlb edə, bu vəsaitləri toplaya bilmirlər. Əlbəttə, bazarda təxminən 6-7 milyard manat nağd pul olmalıdır, çünki buna ehtiyacımız var. Lakin qalan 10-11 milyard manat insanlardan (dövriyyədən) toplanılmalıdır. Bu məsələdə əsas tətikləyici amillərdən biri etibardır. İnsanlarımızın 30 il əvvəldən, "Vahid Bank" və bu kimi hallardan qalan bəzi pis təcrübələri var. Buna görə də yaşlı nəsil hələ də banklara etibar etmir".

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
Dünyanın əh bahalı brendləri - TOP-10
Biznes qurmaq üçün nə lazımdır?
Dünyanın ən dəyərli avtomobil şirkətləri
McDonalds haqqında maraqlı faktlar
Ən çox soruşulan müsahibə sualları hansılardır?