"Badamlı" mineral sular zavodu sahibkarın əlindən necə alınıb? - FOTO

Naxçıvanda fəaliyyətdə "Badamlı" Mineral Sular Zavodunun keçmiş sahibi iddia edir ki, Naxçıvanın keçmiç Ali Məslinin sədri Vasif Talıbovun ailəsi zorla zavodu onun əlindən alıb.
Vasif Talıbova məxsus "Gəmiqaya Holdinq"in - ADI DƏYİŞDİRİLDİ
FED.az xəbər verir ki, şirkətin keçmiş sahibi olan Elşad Məmmədov bu iddianı edir və bununla bağlı "azadlıq.org" saytına müsahibəsində bildirir.
Muxtar Respublikanın ali rəhbərinin ailəsi onu məcbur edib ki, zavodun 85%-ni onlara yaxın ailəyə bağışlasınlar. Ardından isə qalan 15%-dən də imtina etsin.
Videogörüntüdə E.Məmmədovun vaxtı ilə Rusiyada, Fransada və Türkiyədən böyük həvəslə sifariş etdiyi etiketlər, şüşə qabları və qapaqlar onun anbarında istifadəsiz dayanır.
Elşad Məmmədov illərdir öz ata yurdu sayılan Şahbuzun Badamlı kəndinə də gələ bilmir. Gələ bilməməsinin səbəbini isə hər dəfə həyətə gələndə onun evindən Zavodun görünməsidir ki, bu ona psixoloji olaraq təsir edir. Odur ki, o illərdir bu əraziləri tərk edib.
"Zavodu əlimdən alandan sonra çıxıb getmişəm [əvvələr yaşadığı evi nəzərdə tutur] və gəlmək də istəmirəm"- deyə, zavodun keçmiş sahibi bildirir.
Elşad Məmmədov sayta bildirir ki, 2000-ci ildə zavoda direktor təyin edildiyi mineral sular zavodu 2004-cü ildə hərraca çıxarılıb. O vaxtki pulla 422 mln. manata* (84 min yeni manat) sovet dövründən qalan müəssisəni yenidən bərpa etmək üçün 2 mln. manat pul xərcləyib, Dubay və Moskvadan avadanlıqlar alıb. Beləliklə, 1 ilə zavodu müasir standartlara uyğun müəssisəyə çevirib.
*5000 AZM=1 AZN
Zavodun açılışında muxtar respublikanın Ali Məclisinin sədri Vasif Talıbov da dəvət edilibmiş.
"Sən ora su satmayacaqsan"
"V.Talıbovun böyük oğlu məni Naxçıvan MR-na çağırdı. Öz ofisində mənə göstəriş verdi ki istehsal etdiyin suyu rayonlara satmalısan. Mənə "Sən oradan Naxçıvan şəhərinə su satmayacaqsan" dedi. Elə bir dövr idi ki, biz bunu etməsəydik cəzamız çox böyük olardı"- deyə, Elşad Məmmədov qeyd edir.
Deyir ki, o da Talıbovun oğlunun dediyi kimi bir müddət rayonlara satıb, lakin bir müddət sonra sahibkarı yenidən muxtar respublika - Ədliyyə Nazirliyinə çağırıblar.
"Qalxdım ikinci mərtəbəyə. Gördüm ki, masanın üstündə çoxlu ayrı-ayrı qoyulmuş sənəd var. Mənə dedilər ki, qol çək".
"Verəcəksən!"
E.Məmmədov nəyə qol çəkəcəyi ilə bağlı maraqlandıqda ona bildirilib ki, mineral su zavodlarının hissələri (səhm) Talıbovun qohumnlarına bağışlanılmalıdır.
"Vasif Talobovun qardaşının qaynı Məhərrəmin qaynı Nəriman var idi. Dedi ki, şirkətin 70%-ni ona pay kimi verəcəksiniz. 15%-ni də onun oğlu Ramiz Məmmədova pay verəcəksiz"- deyə, o danışır.
Elşad Məmmədov bununla razılaşmayıb və əsas gətirib ki, "Badamlı" mineral sular zavoduna sərmayə qoyub və onu bu səviyyəyə çatdırıb bundan bəhrə görsün.
"Bu payı niyə verməliyəm?" sualını verdikdə isə ona "Verəcəksən!" deyiblər.
O həmin gün bununla razılaşmayıb gedib məsləhətlər alıb və ona tövsiyə edilib ki, başqa yolu yoxdur. Sahibkar "ailəsinin təhlükəzisliyinin qorunmasını" əsas gətirərək Talıbovun yaxınlarının bu şərti ilə razılaşıb. Hansı ki, bu şərtə görə zavoddan ona cəmi 15% pay qalır.
85%-i onlara bağışlasa da ona halallıq üçün nə isə bir şey verilməyib.
"Vasif Talıbovun qardaşı İlqarın oğlunun adına keçirdilər. Sənədlər üzərində saxta olaraq. Mənə bir manat belə vermədilər. Alqı-satqı müqaviləsi olmadı arada".
2007-ci ildən isə sözügedən zavod keçirilib "Nəqşicahan Holdinq"in tərkibinə. Holdinq isə otelçilikdən tikintiyə qədər sektorlarda fəaliyyəti mövcuddur.
Sahibkarı 2007-ci ildə yenidən çağıraraq onun əlində qalan qalan 15% hissəni də Talıbovun qohumlarına bağışlanmasını istəyiblər.
"Rzayev Malik məni çağırdı Naxçıvana. Dedi ki, gəl bu sənədlərə imza çək"- deyə o bildirir.
Elşad Məmmədov artıq bu dəfə onların dediyi ilə razılaşmayıb və ağır ifadələrlə üzləşib. Onun başına oyun açılacağı ilə bağlı təhdid olunub. O, sənədə imza çəkməsə də, zavoda getməyib.
Sonradan həmin zavod sökülərək yerində yeni istehsal gücünə sahib olan istehsal müəsisəsi tikilib.
İndi Elşad Məmmədov Vasif Talıbovun vəzifəsindən gedəndən sonra Dövlət Təhlükəsizlik Xidmətinə müraciət edib. Sənəd kimi alqı-satqı müaviləsini, texniki pasportu da təqdim edib. Eləcə də Prezidentin yeni təyin etdiyi Naxçıvan Muxtar Respublikası üzrə səlahiyyətli nümayəndəsinə rəsmi şəkildə müraciət edib. O, rəsmi qurumlardan cavab gözləyir ki, zavodu qaytarılsın və banklara olan borclarını ödəyə bilsin.

Biznes     Tarix: 13 yanvar 2023

Oxşar xəbərlər

ATİB-in sədri Mürsəl Rüstəmov Sabancı Universitetinin nümayəndələrini qəbul edib

Oktyabrın 19-da Sabancı Universitetinin Rəhbər Kadrların İnkişafı Bölməsinin (EDU) Beynəlxalq Satış və Biznesin İnkişafi üzrə meneceri Özge Özkan və Beynəlxalq Proqramlar üzrə məsləhətçisi Gülin Kan Yükseltan Azərbaycan-Türkiy

ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR

Bu gün Bakı Türk Şəhidliyində Türkiyə Respublikasının Cümhuriyyət Bayramının 103-cü ildönümü münasibətilə anım və çələngqoyma mərasimi keçirilib.  biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, mərasimdə Türkiyə Respublikasını

"Göygöl Şərab Zavodu"nun Müşahidə Şurası ilə bağlı qərar veriləcək

"Göygöl Şərab Zavodu" ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağını keçirəcək. xəbər verir ki, yığıncaq 6 noyabr 2026-cı il saat 11:00-da Göygöl şəhəri, Heydər Əliyev prospekti 2 ünvanında keçiriləcək. Yığıncağı

"Sea Breeze" yeni şirkət yaratdı

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) "Sea Breeze Radisson" MMC-ni dövlət qeydiyyatına alıb. Azərbaycanda eyni ünvanda yerləşən 5 şirkət – LƏĞV EDİLİR - DETALLAR. xəbər verir ki, yeni şirkə

Bakıda məşhur restoran fəaliyyətini dayandırdı

Bakıda fəaliyyət göstərən məşhur "Vapiano" restoranının hər iki filialı müvəqqəti olaraq bağlanıb. Restoran sahiblərinə ƏDV güzəştləri - QAYDALAR. xəbər verir ki, bu barədə restoranın rəsmi "Instagram"

Azərbaycanda 200 min dollarlıq şirkətin – ADI DƏYİŞDİRİLİR

"Tunç" LTD ŞTİ Müəssisəsi (VÖEN: VÖEN: 1700246631) adını və təşkilatı-hüquqi formasını dəyişir. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkət "Tunc Stone" MMC -yə çevrildiyini elan edib. Qey

Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR

Bu ilin əvvəlində Azərbaycanda fərdi sahibkarların sayı 1 milyon 454 min 61 nəfər olub. Bank və sığorta sektorunda kişilərin maaşı qadınlardan 1421 manat çoxdur. biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsin

"Gəncə Şərab-1"in dövlətə 30 min manata yaxın vergi borcu var – QƏRAR VERİLƏCƏK

"Gəncə Şərab-1" ASC-nin borclarının həll olunması məqsədilə şirkətin səhmdarlarının növbədənkənar iclası çağırılıb. xəbər verir ki, 6 noyabr 2026-cı il saat 15.00-da "Gəncə Şərab-1" ASC səhmdarlarını

Azərbaycan şirkətinin təsisçisi – 40%-LİK PAYINI GERİ GÖTÜRÜR

"Amen" MMC-nin (VÖEN: 6404786371) təsisçilərindən biri şirkətdən ayrılıb. Azərbaycanda eyni ünvanda yerləşən 5 şirkət – LƏĞV EDİLİR - DETALLAR. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkətin 100 manatlı


iqtisadi xeberler dollar manat kursu bu gunun xeberleri emlak xeberleri bitcoin