Bakıda elit şərab mağazası açılacaq - XARİCİ İNVESTOR

Bakıda elit şərab mağazası açılacaq - XARİCİ İNVESTOR"AzAbrau" şirkəti (Rusiyanın "Abrau-Durso" şirkətinin törəməsi) Azərbaycanda şərab istehsalı ilə yanaşı, şərab turizmi və enoqastronomiya sahəsində layihələri inkişaf etdirməyi planlaşdırır.
Rusiya şirkəti "Səki Şərab" zavoduna 6 milyon avroya yaxın - PUL YATIRACAQ
FED.az  xəbər verir ki, bunu "Abrau-Durso"nun prezidenti Pavel Titov deyib.
""AzAbrau" şərab turizmi mərkəzi Şəkidə yaradılacaq. Burada interaktiv muzey kompleksi, müxtəlif turizm marşrutları olacaq, bütün ərazilərdə irimiqyaslı yenidənqurma və abadlıq işləri həyata keçiriləcək", - deyə o, bu gün Bakıda keçirilən mətbuat konfransında bildirib.
Titovun sözlərinə görə, 2023-cü ilin əvvəlində Bakıda "1870 Abrau-Durso Wine&Food" konseptual restoranının açılması planlaşdırılır.
"Bu restoran "Abrau-Durso" və "AzAbrau"nun şərab kolleksiyasının təqdim olunacağı restoran və şərab butikinin unikal birləşməsi olacaq", - deyə "Abrau-Durso"nun prezidenti vurğulayıb.
Xəbər verildiyi kimi, "Abrau-Durso" Şirkətlər Qrupunun törəmə müəssisəsi olan "AzAbrau" MMC 2021-ci ilin dekabr ayında "Şəki Şərab" MMC-nin dövlətə məxsus payının satışı üzrə investisiya müsabiqəsinin qalibi olub. Müəssisə ildə 2,6 milyon şüşə şərab istehsal etmək imkanına malikdir.
Müəssisə 2008-ci ildə açılıb.
"AzAbrau" MMC premium kateqoriyalı üzüm şərablarının, həmçinin desert şərabların istehsalını planlaşdırır. Şirkət yaxın perspektivdə üzüm bağlarının salınmasını da nəzərdə tutur.
Əsası 2006-cı ildə qoyulmuş Şəki şərab zavodu Çələbixan qəsəbəsində yerləşir. Zavodun nizamnamə kapitalı 4,5 milyon manatdır.
Rusiyada köpüklü şərab istehsalı üzrə lider olan "Abrau-Durso" şirkətinin məhsulları 20-dən çox ölkəyə ixrac edilir. Şirkət biznes-ombudsman Boris Titovun ailəsinə məxsusdur. "Abrau-Durso" PSC-nin səhmləri Moskva birjasında dövriyyədədir. (İnterfaks-Azərbaycan)

Biznes     Tarix: 02 dekabr 2022

Oxşar xəbərlər

Azərbaycanda xarici kapitallı şirkətin kapitalı – 2 DƏFƏ AZALDILIR

Azərbaycanda xarici kapitallı şirkətin kapitalı – 2 DƏFƏ AZALDILIR. "Raspberry AZ-I" MMC (VÖEN: 1009381171) nizamnamə kapitalını azaldır. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, MMC-nin nizamnamə kapital

KOBİA-nın təşəbbüsü ilə 10 istiqamətdə daxili bazar araşdırması aparılacaq

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşəbbüsü ilə daha 10 istiqamətdə daxili bazar araşdırmalarının aparılması nəzərdə tutulur. KOBİA-dan -a bildirilib ki, məqsəd sahibkarların investisiya qərarlarının qəbulun

Azərbaycan bazarına 263 milyard dollarlıq ərəb şirkəti gəlir – L"IMAD hansı şirkətlərə sahibdir?

Xəbər verildiyi kimi, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi Əmirliyi hakiminin müavini, BƏƏ-nin milli təhlükəsizlik müşaviri Şeyx Tahnun bin Zayed Al Nəhyanının Bakıya səfəri zamanı sentyabrın 14-də Azərbaycan prezident

ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR

Sentyabrın 22-də Azərbaycan-Türkiyə İş Adamları Birliyinin nümayəndə heyəti Türkiyə Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Prof. Dr. Birol Akgünü ziyarət edib. biznes və maliyyə xəbərləri portal

İlham Əliyev "Global Infrastructure Partners" şirkətinin rəhbərini qəbul edib

Sentyabrın 25-də Azərbaycan  Prezidenti İlham Əliyev aktivlərin idarə edilməsi üzrə dünyanın aparıcı şirkətlərindən biri olan "BlackRock"un tərkibində fəaliyyət göstərən qlobal infrastruktur investisiya şirkət

"Poz-Qazan" oyunları avqustda - 15 milyon manata yaxın uduş qazandırıb

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya"nın bir-birindən maraqlı "Poz-Qazan" oyunları qazandırmağa davam edir.  . xəbər verir ki, avqustda "Poz-Qazan"

Bizon "13 həftə, 13 avtomobil" lotereyasını uğurla yekunlaşdırdı – 13 qalib avtomobilinə qovuşdu

Azərbaycanın aparıcı içki markalarından biri olan "Bizon"un yay mövsümündə həyata keçirdiyi "13 həftə, 13 avtomobil" lotereya kampaniyası başa çatıb. xəbər verir ki, kampaniya çərçivəsində 13 həftə ərzind

Daha bir dövlət qurumunun göstərdiyi xidmətlərə görə ödənişlərin qəbulu "MSolution" şirkəti vasitəsilə həyata keçiriləcək

"MSolution" elektron ödəniş xidmətləri sahəsində fəaliyyət göstərən şirkət olaraq ödənişlərin rəqəmsal formada qəbuluna imkan verən həllər təqdim edir. Bu çərçivədə şirkət müxtəlif dövlət qurumları tərəfindən göstərilə

"Agro Norm" MMC-nin təsisçiləri şirkətdən ayrılır – 4,4 MİLYON İNVESTİSİYA GERİ ÇƏKİLİR

"Agro Norm" MMC (VÖEN: 150236671) nizamnamə kapitalı azaldılıb. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, MMC təsisçiləri Nəbiyev Yaşar Nəriman oğlunun ona məxsus 3 milyon 210 min manat dəyərində payın


iqtisadi xeberler 1000 manatla biznes valyuta xeberleri bank faizleri kicik biznes