"Bank Avrasiya" maliyyə vəziyyətini açıqladı
"Bank Avrasiya" ASC 2022-ci ilin ilk yarısını (yanvar-iyun dövrünü) 165 min manat xalis mənfəət ilə başa vurub. Halbuki, Bank ötən ilin eyni dövrünü 1 milyon 578 min manat xalis zərər ilə bağlamışdı.
GƏLİRLƏRİ ARTIB
Marja.az xəbər verir ki, 2021-ci ilin yanvar-iyun dövründə "Bank Avrasiya"nın faiz gəlirləri 5 milyon 409 min manat ikən, 2022-ci ilin eyni dövründə 5 milyon 956 min manat təşkil edib. Bankın qeyri-faiz gəlirləri isə 772 min manatdan 1 milyon 374 min manata yüksəlib.
BANK BÖYÜYÜB
"Bank Avrasiya" ASC-nin cəmi aktivləri ötən ilin sonu ilə müqayisədə 15 milyon 243 min manat və ya 9,1% artaraq 30 İyun 2022-ci il tarixində 182 milyon 688 min manata çatıb. Aktivlərin 114 milyon 262 min manatını müştərilərə verilmiş kreditlər təşkil edib. Ötən ilin sonunda cəmi aktivlərin 114 milyon 221 min manatını müştərilərə verilmiş kreditlər təşkil etmişdi. Cari ilin 6 ayı ərzində Bankın qiymətli kağızlara investisiyaları 31,5% artaraq 22 milyon 139 min manata çatıb.

Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Dövlət şirkətlərinin idarəetmə orqanlarının üzvlərinin mükafatlandırılması qaydası dəyişib
Kino biletləri də ABB mobile tətbiqində
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azərbaycan Rusiyaya bank hesabları barədə məlumat verəcək
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Hazır biznes, yoxsa sıfırdan qurulan biznes?
2026-ci ilin TOP-5 onlayn biznes ideyası
Dropshipping nədir?
Onlayn mağazalarda edilən TOP-5 səhvlər nələrdir?
McDonalds haqqında maraqlı faktlar